Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımızın hazırladıqları “Təbii gübrənin alınması üçün effektiv qurğu” adlı startap layihə vəsiqə qazandı
Əməkdaşlarımızın hazırladıqları “Təbii gübrənin alınması üçün effektiv qurğu” adlı startap layihə vəsiqə qazandı
Sumqayıt Dövlət Universitetinin Sənaye ekologiyası elmi–tədqiqat laboratoriyasının əməkdaşlarının “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransındakı “Təbii gübrənin alınması üçün effektiv qurğu” adlı startap layihə ilə bağlı çıxışlarından sonra İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişaf Fondu tərəfindən startap layihələrinin qəbulu ilə tanış oldular. Fondda Müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin müdiri İsa Qasımov elanla bağlı çıxış etdi. Daha sonra startap layihələrinin 04-30 aprel 2019-cu il tarixlərini əhatə edən elanına uyğun olaraq, “Təbii gübrənin alınması üçün effektiv qurğu” adlı startap layihə Sahibkarlara xidmət fondunun qeydiyyatından keçdi. Qeyd edək ki, Azərbaycan Respublikası üzrə 37 startap layihəsi qeydiyyatdan keçmişdir. Startapların seçimi prosesində bu layihələrdən 11 layihə vəsiqə qazandı. Həmin layihələrin içərisində “Təbii gübrənin alınması üçün effektiv qurğu” adlı startap layihəmiz də yer aldı.
Mayın 15-də İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunda startap layihələrinin davamlı inkişafı ilə əlaqədar İnkubasiya mərkəzi yaradıldı. Mərkəzin açılışı zamanı, müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin müdiri İsa Qasımov, qalib gəlmiş layihə rəhbərlərinin hər birinə öz ofislərini təqdim etdi. Çox sevindirici haldır ki, universitetimizin startap komandası ilə birgə çalışmaları üçün mərkəzdə ofis ayrıldı.
Mayın 21-də qalib startap komandaları, Sahibkarlığın İnkişafı Fondunda öz layihələrini nazirlikdə yaradılan ekspertlər qarşısında nümayiş etdirdilər. Layihəmiz çox böyük marağa səbəb oldu. Sahibkarlığın İnkişafı Fondu startap layihəmizin inkişafı istiqamətində əməkdaşlıq edəcəklərini və dəstək olacaqlarını bildirdilər.
 
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az