Əsas səhifə | Xəbərlər | Karyera Mərkəzinin təşkilatçılığı ilə tələbələrin bir çoxu işlə təmin olunacaq
Karyera Mərkəzinin təşkilatçılığı ilə tələbələrin bir çoxu işlə təmin olunacaq
Gənclərin karyera qurması, işlə təmin olunması istiqamətində universitetimizdə bir çox görüşlər keçirilir. İyunun 13-də Sumqayıt Dövlət Universitetində Karyera Mərkəzinin təşkilatçılığı ilə Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin sədri Mirzə Məmməd Vəliyev İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrası üzrə təhsil alan sonuncu kurs tələbələri ilə görüşdü.
Karyera mərkəzinin direktoru dosent Əmirxan İsayev karyera mərkəzinin fəaliyyət istiqamətləri, tələbə və məzunlar arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi, məzunların sənaye müəssisələri ilə işgüzar münasibətlərin möhkəmləndirilməsi istiqamətində aparılan işlərdən söhbət açdı.Bildirdi ki, əmək bazarının tələblərinə uyğun keyfiyyətli kadr ehtiyacları universitet və sənaye arasında olan əməkdaşlığın artmasına təkan verən amillərdən biridir. Əsas funksiya tələbə və məzunların işlə təmin olunmasına köməklik göstərməkdir. Universitetimizdə rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə tələbə və məzunların potensialına uyğun işlə təmin olunmasına kömək göstərilməklə yanaşı, onlarla məzun universitetdə işlə təmin olunub, müəllim kimi fəaliyyət göstərir, struktur bölmələrdə müxtəlif vəzifələrdə çalışırlar.
Mirzə Məmməd Vəliyev SDU-nun fəaliyyətini yüksək qiymətləndirərək, əməkdaşlığın gələcəkdə də uğurla davam etdirilməsini vurğuladı. Maliyyə və mühasibat uçotu ixtisası üzrə təhsil alan tələbələrin işlə təmini ilə bağlı CV-lərini qəbul etdi, qeyd etdi ki, ardıcıl qaydada tələbələrin bir çoxu işlə təmin olunacaq.
Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev çıxış edərək görüşün əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, dövlət qurumları ilə görüş tələbələrin biliklərinin təkmilləşdirilməsinə, onların öz ixtisasları üzrə yüksək səviyyəli işlə təmin olunması imkanlarını gücləndirmək üçün müvafiq sahələr üzrə potensiallarının artırılmasına xidmət edir.Bu da onların bir kadr kimi formalaşmasına stimul olur.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az