Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Rektor magistrantların müdafiəsində iştirak etdi
Rektor magistrantların müdafiəsində iştirak etdi
İyunun 22-də Sumqayıt Dövlət Universitetində elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantlarının magistr dissertasiyalarının müdafiəsi keçirildi. Müdafiədə rektor professor Elxan Hüseynov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, fakültə dekanları, kafedra müdirləri və elmi rəhbərlər iştirak etdilər.
Rektor professor Elxan Hüseynov çıxış edərək bildirdi ki, müasir dövrdə elm və təhsilin rolu, təsir dairəsi artdıqca bütün dünyanın inkişaf etmiş dövlətləri bu sahəyə xüsusi diqqət yetirirlər. Bu gün ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf siyasəti, elm və təhsilə göstərdiyi xüsusi diqqət və qayğı təhsil ictimaiyyətinə geniş imkanlar yaradır. Rektor onu da vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" imzaladığı sərəncamına əsasən doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlər artırıldı. Bütün bunlar ölkə başçısının elmə, təhsilə və gənclərə göstərdiyi növbəti diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısı tərəfindən ölkəmizdə elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, gənclərin təhsilə, elmə, intellektual fəaliyyətə cəlb edilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin maddi vəziyyətlərinin, sosial rifahının yaxşılaşdırılması, gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması istiqamətində qəbul edilən qərarlar ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və gənc nəsildə elmə, tədqiqat işləri ilə məşğul olmağa marağın yaranmasında əhəmiyyətli rol oynayır. Rektor müdafiə edən gənclərə uğurlar arzuladı.
Sonra Filologiya fakültəsinin magistrantı Günay Əkbərova “Fuad Körpülü və Kitabi –Dədə Qorqud”, Kimya və biologiya fakültəsinin magistrantı Şəbnəm İsgəndərli “ Sintetik krezolların xromatoqrafik üsulla ayrılması və analizi”, Riyaziyyat fakültəsinin magistrantı Zümrüd Qasımzadə “Məktəb riyaziyyat kursunun təlimində qrafik təsvirlərdən istifadənin imkanlar və yolları(I-IV siniflər), Fizika və elektroenergetika fakültəsinin magistrantı Könül İmanova “Dalğalar və rəqslər bölməsinin tədrisindəki problemlərin həlli yollarının araşdırılması”, İqtisadiyyat və idarəetmə fakültəsinin magistrantı Gülşən Hüseynzadə “Ehtiyatlarda istifadənin uçotu və təhlili göstəricilərinin qiymətləndirilməsi”, Tarix və coğrafiya fakültəsinin magistrantı Ceyran Zülfüqarova “Dağ-çəmən landşaftlarının deqradasiyaya uğrama dərəcəsinin aerokosmik materiallar əsasında tədqiqi və qiymətləndirilməsi” adlı dissertasiya işlərini təqdim etdilər.
Müdafiə işi ilə bağlı komissiya üzvləri öz fikirlərini bildirdilər və dissertasiya işlərinin aktuallığından söz açdılar.
Rektor müdafiədən razı qaldığını bildirərək, magistratura səviyyəsini bitirən gəncləri təbrik etd, belə yüksək biliyə sahib olan gənclərin gələcəkdə universitetimizdə ixtisaslı kadr kimi çalışmalarını arzuladı.
Gənclər çıxışlarında rektor professor Elxan Hüseynova təhsil aldıqları müddətdə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər və burada əldə etdikləri bilik və təcrübənin onların gələcək fəaliyyətlərində mühüm rol oynayacağına əminliklərini ifadə etdilər.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az