Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Nümayəndələrimiz Sankt-Peterburq Dövlət İqtisad Universitetində mühazirə oxudular
Nümayəndələrimiz Sankt-Peterburq Dövlət İqtisad Universitetində mühazirə oxudular
İyunun 16-dan 22-dək universitetimizin nümayəndə heyəti olaraq Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov, Metrologiya və standartlaşdırılma kafedrasının müdiri dosent Qurban Abdullayev və Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev Sankt-Peterburq Dövlət İqtisad Universitetində 24.05.2019-cu il tarixli ПК-190058/1 saylı bağlanmış müqaviləyə əsasən “Elmi tədqiqatın nəticələrinin kommersiyalaşdırılması” mövzusunda ixtisasartırma kursunda oldular və professor-müəllim heyəti qarşısında icmal mühazirə ilə çıxış etdilər. Nümayəndə heyətimiz Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektoru professor İ.A. Maksimtsev tərəfindən fəal iştraklarına görə vəsiqə və sertifikatlarla təltif olundular. Eyni zamanda SDU- nun hər üç kafedrası müvafiq olaraq Sankt-Peterburq Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit kafedrası, Layihə menecmenti və keyfiyyətin idarə edilməsi kafedrası, Texnologiya və informasiya sistemləri kafedrası ilə əməkdaşlıq haqqında razılaşma imzaladılar.
 
Mətbuat xidməti
  
  
  
<
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az