Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əlil uşaqlarla görüş
Əlil uşaqlarla görüş
Bu yaxınlarda Sumqayıt Dövlət Universiteti Kimya və Biologiya fakültəsinin dəstəyi ilə həmin fakültənin 370-ci qrupun gənc xeyriyyəçilərinin Abşeron rayonu Saray qəsəbəsində yerləşən 7 saylı internat evində fiziki və əqli qüsurlu uşaqlarla görüş keçirilib. 
Görüşün keçirilməsində Kimya və Biologiya fakültəsinin maddi və mənəvi dəstəyinin böyük rol oynadığı qeyd edilir. Eyni zamanda görüşdə fakültənin dekan müavini İradə Nəsirova da iştirak etmiş və qeyd etmişdir ki, fakültənin gənclərinin belə bir görüş keçirməyi düşünməsi bizi çox xoşbəxt etdi. Bizdə qərara aldıq ki, fakültə rəhbərliyi olaraq olaraq öz üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə çalışaq. 
Görüş internat evinin qonaqlara tanıdılması ilə başlayıb. Sonra qonaqlar uşaqlara gətirdikləri hədiyyələri təqdim ediblər. Gənclər internat evinin şəraitini və burda çalışan işçilərin səmimi rəftarını çox bəyəndiklərini bildiriblər.
Görüş uşaqlarla çəkilən fotolardan sonra yekunlaşıb. Görüş sonunda internat evinin direktoru gənclərə bu xoş ziyarətə görə öz dərin minnətdarlığını və təşəkkürünü bildirib. 
                                                                                                                                                                                                                                                                                  Mətbuat Xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az