Əsas səhifə | Xəbərlər | “Odlar Yurdu Azərbaycana səyahət” adlı Tələbə yay məktəbinin iştirakçıları BDU-da oldular
“Odlar Yurdu Azərbaycana səyahət” adlı Tələbə yay məktəbinin iştirakçıları BDU-da oldular
Təhsil Nazirliyinin dəstəyi və Rusiya -Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində təşkil edilən “Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları Bakı Dövlət Universitetində olub, «Elm və ali təhsil sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı» adlı dəyirmi masada iştirak etdilər.
BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva yay məktəbinin iştirakçılarını salamlayıb, bu il 100 illik yubileyini qeyd edən Bakı Dövlət Universitetinin tarixi, beynəlxalq əlaqələri və Rusiya universitetləri ilə qarşılıqlı əməkdaşlığından bəhs etdi. Yay məktəbinin iştirakçıları universitetin tədris və tədqiqat laboratoriyaları, muzey və mərkəzləri ilə tanış oldu, Rus Mərkəzinə baş çəkdilər. Qeyd edək ki, yay məktəbində Rusiya Federasiyandan Samara Dövlət Texniki Universitetinin, Ural Dövlət Dağ-Mədən Universitetinin, Rusiya Dövlət İxtisas–Pedaqoji Universitetinin, Şimali Qafqaz Federal Universitetinin, Kuban Dövlət Universitetinin, Dağıstan Dövlət Universitetinin tələbələri, o cümlədən Azərbaycan ali məktəblərinin tələbələri iştirak edirlər. Yay məktəbində Bakı Dövlət Universitetini Filologiya fakültəsinin III kurs tələbəsi Sona İsmayılova və IV kurs tələbəsi Zümrüd Məmmədova təmsil edir.
Sonra yay məktəbinin iştirakçıları Bakının Dağüstü parkı ilə tanış oldular. Məlumat verildi ki, bu parkdan paytaxtımıza və Bakı buxtasına ecazkar mənzərə açılır. Məhz bu amil əsas tutularaq, hələ XX əsrin 30-cu illərində Bakının baş planı hazırlanarkən burada salınacaq Dağüstü parkın paytaxtımızın ümumi kompozisiyasında mühüm əhəmiyyətə malik olacağı nəzərdə tutulmuşdu. Bu park uzun illər paytaxt sakinlərinin, şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından biri olmuşdur. Şəhərin Azneft meydanını Dağüstü parkla funikulyor birləşdirir.
Qonaqlar buradan ətrafı seyr etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az