Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | UDNTU-nun rektorunun Tələbə yay məktəbinin iştirakçılarına təbrik məktubu oxundu
UDNTU-nun rektorunun Tələbə yay məktəbinin iştirakçılarına təbrik məktubu oxundu
Təhsil Nazirliyinin dəstəyi və Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində iyulun 15-də “Odlar Yurdu Azərbaycana səyahət” Tələbə yay məktəbinin təntənəli açılış mərasimində Ufa Dövlət Neft Texniki Universitetinin tələbələrinin qrup rəhbəri Albina Nəbiyeva UDNTU-nun rektoru, Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının Rusiya tərəfdən həmsədri akademik Ramil Baxtizinin “Odlar Yurdu Azərbaycana səyahət” Tələbə yay məktəbinin iştirakçılarına təbrik məktubunu oxudu. Məktubda bildirilir: “icazə verin universitetimizin kollektivi adından “Azərbaycanla tanışlıq” Tələbə yay məktəbinin bütün iştirakçılarını salamlayım. Son illərdə ölkələrimizin iqtisadi və siyasi inkişafının çətinliklərinə baxmayaraq, biz əlaqələrimizi kəsməmişik və bugünkü görüşümüz bunun əyani sübutudur. Bu əlamətdar tədbirdə iştirak etmək üçün imkan tapan və vaxt ayıran hər kəsə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu tədbir Rusiya və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın inkişafına və möhkəmlənməsinə xidmət edəcək.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az