Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları ADA Universitetində və “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda oldular
“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları ADA Universitetində və “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda oldular
Təhsil Nazirliyinin dəstəyi və Rusiya- Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində təşkil edilən “Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Qafar Atayevin rəhbərliyi ilə ADA Universitetində oldular, dəyirmi masada iştirak etdilər.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə yay məktəbinin iştirakçılarını salamlayıb, universitetin tarixi, beynəlxalq əlaqələri və Rusiya universitetləri ilə qarşılıqlı əməkdaşlığından bəhs etdi. Bildirdi ki, ADA Universiteti müasir təhsil standartlarını əsas tutaraq qabaqcıl dünya təcrübəsini tətbiq edir, innovativ və qlobal dünyagörüşünə malik kadrlar hazırlayır. Dünyanın müxtəlif nüfuzlu ali məktəbləri arasındakı mübadilə proqramlarını uğurla gerçəkləşdirir. Prorektor belə görüşlərin Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin inkişafına öz töhfəsini verəcəyini qeyd etdi.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev xarici tələbələrə “Azərbaycan tarixi” haqqında mühazirə oxudu. Azərbaycan haqqında tələbələrə geniş məlumat verən Fərid Şəfiyev onlara Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında danışdı. Azərbaycan Respublikasının beynəlxalq arenada istər iqtisadi, istərsə də siyasi baxımdan öndə gedən dövlətlər sırasında olduğunu vurğuladı və tələbələri maraqlandıran sualları cavablandırdı.
Sonra Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının həmsədrləri Azərbaycan tərəfdən SDU-nun rektoru professor Elxan Hüseynov, Rusiya tərəfdən həmsədri UDNTU-nun rektoru akademik Ramil Baxtizin və qonaqlar “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda oldular. Həmsədrlər assosiasiya çərçivəsində görülən işlərdən, qarşıya qoyulan hədəflərdən söhbət açdılar. Bildirdilər ki, assosiasiya çərçivəsində keçirilən Yay məktəbi, səmərəli görüşlər qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək, gənclərin bilik və bacarıqlarının artırılmasına, təcrübə mübadiləsinə, dostluq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək.
Sonda Yay məktəbinin iştirakçıları layihənin keçirilməsi təşəbbüsünü dəstəklədiyinə və təşkilində göstərdiyi köməkliyə görə assosiasiyanın həmsədrlərinə minnətdarlıqlarını bildirdilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az