Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları xoş təəssüratlarını bölüşdülər
“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları xoş təəssüratlarını bölüşdülər
Ural Dövlət Dağ-Mədən Universitetinin birinci prorektoru texniki elmlər doktoru, professor Niyaz Vəliyev: Ural Dövlət Dağ-Mədən Universiteti adından assosiasiyanın həmsədrlərinə səmimi qarşılanmaya görə təşəkkür edirəm! Rusiya və Azərbaycanın müxtəlif şəhərlərindən olan gənclərin ölkənin mədəniyyəti, müxtəlif universitetləri ilə tanış olmalarını görmək mənə çox xoşdur. Tələbələrin gözlərinə baxanda görmək olur ki, assosiasiyanın 5 illik fəaliyyəti hədər getməyib. Bütün bunlar bizim xalqlarımız arasında dostluq münasibətlərini möhkəmləndirir və təhsil sahəsində yeni beynəlxalq əlaqələrin bünövrəsini qoyur. Qeyd edək ki, təşkilatçılar Yay məktəbi proqramına böyük əmək sərf etmişlər və tələbələr müxtəlif universitetlərin fəaliyyəti haqqında mühazirələr dinləməklə yanaşı, həm də Odlar yurdu Azərbaycan kimi rəngarəng bir ölkənin tarixi ilə də tanış olurlar. Ümid edirəm ki, məktəbin işinin yekunu olaraq gənclər təkcə ölkənin ali təhsil müəssiləri haqqında yeni məlumatlar əldə etməyəcək, həm də bu səmimi və ecazkar ölkənin bir parçasını qəlblərində daşıyacaqlar.
 
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az