Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları xoş təəssüratlarını bölüşdülər
“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları xoş təəssüratlarını bölüşdülər
Şimali Qafqaz Federal Universitetinin Beynəlxalq Əməkdaşlıq Proqramı və Beynəlxalq Layihələr Bölməsinin rəhbəri Vladimir Samoylenko: “Şimali Qafqaz Federal Universitetinin nümayəndə heyəti adından qonaqpərvər diyarda - Azərbaycanda keçirilən gözəl tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm. Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının təşəbbüsü ilə keçirilən Yay məktəbi bizi birləşdirir və bizim ölkələrimizin rifahı naminə gənclər adından aktual təşəbbüslərin müzakirəsinə, fikir mübadiləsinə imkan yaradır.
Universitetlər həmişə elm, təhsil və tərbiyə sahəsində dövlətlərarası əməkdaşlıq üçün əsas platformalar olmuşlar. Ölkələrimizin universitetlərinin nümayəndələrinin üz-üzə dialoqu strateji tərəfdaşlığın ayrılmaz hissəsidir. Fikir mübadiləsi universitetlərin inkişafının ən strateji istiqamətləri üzrə onların fəaliyyətini əlaqələndirməyə imkan verir. Ümid edirik ki, bu tədbir ölkələrimizin gənclərinin ünsiyyət və qarşılıqlı mədəni zənginlik imkanına malik olmaları üçün davamlı olacaq”.
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az