Əsas səhifə | Xəbərlər | Təhsil naziri Tələbə yay məktəbinin təşkili ilə bağlı Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının həmsədrləri ilə görüşdü
Təhsil naziri Tələbə yay məktəbinin təşkili ilə bağlı Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının həmsədrləri ilə görüşdü
İyulun 17-də Təhsil naziri cənab Ceyhun Bayramov ölkəmizdə keçirilən “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay məktəbinin təşkili ilə bağlı Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının həmsədrləri ilə görüşdü.
Görüş zamanı iki ölkə arasında yüksək səviyyəli siyasi və tarixi əlaqələrdən bəhs edildi. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsinin bir çox istiqamətləri üzrə geniş əməkdaşlığın mövcudluğu vurğulandı və birgə həyata keçirilən layihələrlə bağlı məlumat verildi. Həmçinin ötən müddət ərzində assosiasiyanın işinin yekunları müzakirə edildi və gələcəkdə yerinə yetiriləcək yeni məsələlər planlaşdırıldı, xüsusilə də bu ilin noyabr ayında Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının III forumunun Bakıda keçirilməsi ilə bağlı razılığa gəlindi.
Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının həmsədrləri Azərbaycan tərəfdən SDU-nun rektoru professor Elxan Hüseynov və Rusiya tərəfdən həmsədri UDNTU-nun rektoru akademik Ramil Baxtizin Tələbə yay məktəbinin keçrilməsində göstərdiyi dəstəyə görə Təhsil naziri cənab Ceyhun Bayramova təşəkkürlərini bildirdilər.
Qeyd edək ki, 14–21 iyul 2019-cu il tarixlərində keçirilən Tələbə yay məktəbi Sumqayıt Dövlət Universiteti tərəfindən təşkil olundu. Tələbə yay məktəbində Rusiya Federasiyası və yerli ali təhsil müəssisələrinin ümumilikdə 70-ə yaxın tələbəsi iştirak edir.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az