Əsas səhifə | Xəbərlər | Xarici dillər kafedrasının əməkdaşları tərəfindən hazırlanan və çapa təqdim olunan elmi məqalələrin növbəti müzakirəsi keçirildi
Xarici dillər kafedrasının əməkdaşları tərəfindən hazırlanan və çapa təqdim olunan elmi məqalələrin növbəti müzakirəsi keçirildi

Gələcəkdə kadrların peşəkarlığının inkişafında xarici dillərin hərtərəfli öyrənilməsi əhəmiyyətli məsələdir və bu gün xarici dillərin tədrisi müasir tələblər əsasında aparılmalı, yetişdirilən kadrların hazırlıq səviyyəsi dünya standartlarına cavab verməlidir.  Xarici ölkələrlə artan iqtisadi, siyasi, mədəni əlaqələr xarici dillərin əməli şəkildə öyrənilməsini tələb edir. İKT-ın inkişafı dil tədrisinə də böyük təsir etmişdir. İKT-nin tətbiqi və elektron dərsliklərdən istifadə yolları da artıq inkişaf etməkdədir. Elə bu məqsədlə də Sumqayıt  Dövlət Universitetinin Xarici dillər kafedrasında professor-müəllim heyətinin iştirakı ilə kafedranın müdiri  f.e.d. Nigar İsgəndərovanın  təşəbbüsü ilə innovativ metodla hazırlanan elmi məqalələrin təqdimatı keçirilir.Təqdimatda universitetin rektoru  Elxan  Hüseynov, Elm və İnnovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov, Filologiya  fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası  kafedrasının müdiri, pedoqogika üzrə f.e. d. dosent Yusif Aslanov iştirak etmişlər.Kafedranın müdiri f.e.d. Nigar İsgəndərova bildirdi ki, bu kafedrada elmi jurnallarda dərc olunacaq məqalənin öncə kafedrada təqdimatı və müzakirə olunması artıq  ənənə şəklini almışdır. Bundan əvvəl birinci müzakirə kafedranın əməkdaşı Jalə  Məmmədovanın  Elektron lüğətlər və onların tədrisdə istifadəsi adlı məqaləsi ətrafında keçirilmişdir. Bu gün isə belə bir tədbir kafedranın digər əməkdaşı Humay Mərdanlı tərəfindən təşkil olunmuşdur. Məqalənin mövzusu «Alman şairi və mütəfəkkiri Yohan Volfgang Hötenin yaradıcılığında islami baxışlar»- dır. Təqdimat zamanı video materialdan və müxtəlif başlıqlı slaydlardan istifadə olunmuşdur. Məqalədə xüsusi vurğulanan məsələ- böyük alman mütəfəkkiri Y.V.Hötenin İslama, Məhəmməd Peyğəmbərə münasibəti geniş təhlil olundu.Professor Ramazan Məmmədov kafedrada belə müzakirələrin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. Daha sonra məqalədə toxunulan məsələlərlə bağlı öz fikirlərini bildirərək, qərbdə islam dəyərlərinin qəbul olunmasının çox geniş bir mövzu olduğunu vurğuladı.Fakültə dekanı dosent Sevinc Həmzəyeva və kafedra müdiri f.e.d. prof. Nigar İsgəndərova  da çıxış edərək məqalə ətrafında müzakirələr apardılar.                                                                                                                                                                                                                                    Mətbuat xidməti                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az