Əsas səhifə | Xəbərlər | SDU-nun Kimya və biologiya fakültəsinə yeni Chromatec. 5000.2NP cihazı alınmışdır
SDU-nun Kimya və biologiya fakültəsinə yeni Chromatec. 5000.2NP cihazı alınmışdır
Sumqayıt Dövlət Universiteti son illər sürətlə inkişaf edir, dünya əmək bazarına çıxa biləcək kadr hazırlamaq üçün mühüm işlər uğurla icra olunur. Həmçinin bir çox fakültələrdə yeni tədris laboratoriyaları istifadəyə verilmişdir. Kimya və biologiya fakültəsində Rusiya istehsalı olan müasir qaz-maye xromatoqrafı alınımış, Neft kimyası və kimya mühəndisliyi kafedrasında quraşdırılmışdır. Chromatec. 5000.2NP cihazının alınıb istifadəyə verilməsi Kimya və biologiya fakültəsində aparılan kadr hazırlığının keyfiyyətini yüksəltməklə yanaşı, onun əksər ixtisaslarda Kimya mühəndisliyi, Kimya, Kimya müəllimliyi, Ekologiya mühəndisliyi, Biologiya tətbiqini mümkün edir. Müxtəlif sinif üzvi birləşmələrin, maye halında olan qarışıqların, o cümlədən neft fraksiyalarının kəmiyyət və keyfiyyət analizini yüksək dəqiqliklə aparmaq iqtidarında olan bu cihaz SOCAR-ın praktiki olaraq bütün zavod və müəssisələrində uğurla istifadə olunur. Xromatoqrafik analiz üsulu bakalavriat, magistratura, doktorantura səviyyələrində istifadə olunan vacib metoddur.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az