Əsas səhifə | Xəbərlər | Elmi Şuranın iclası keçirildi
Elmi Şuranın iclası keçirildi
Sentyabrın 20-də Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 2019-2020-ci tədris ili üçün ilk iclası keçirildi. İclası rektoru professor Elxan Hüseynov açaraq, Elmi Şura üzvlərini yeni tədris ili münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı.
Rektor professor Elxan Hüseynov Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyevi 60 illik yubileyi ilə əlaqədar təbrik etdi, ona elmi-pedaqoji fəaliyyətində uğurlar arzuladı. İclasda həmçinin SDU-nun Tədris Metodik Mərkəzinə yeni təyin edilmiş direktor baş müəllim Faiq Şirinovu Elmi Şura üzvlərinə təqdim etdi.
Professor Adil Baxşəliyev və baş müəllim Faiq Şirinov göstərilən diqqət və qayğıya görə rektor professor Elxan Hüseynova dərin minnətdarlıqlarını bildirdilər.
Rektor onu da qeyd etdi ki, yaxın günlərdə SDU-nun nəzdindəki Sumqayıt Dövlət Texniki Kollecinin 60 illiyi tamam olur. Son illər kollecin fəaliyyətində ürəkaçan yeniliklər və müsbət dəyişikliklər baş verməkdədir ki, bu nailiyyətlərin də kökündə elmimizə, təhsilimizə göstərilən yüksək dövlət qayğısı, həmçinin müəllim heyətinin gərgin zəhməti dayanır. Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi münasibəti ilə kollecin əməkdaşlarını universitetin çoxminli professor-müəllim və tələbə heyəti adından təbrik etdi, kollektivə yeni-yeni uğurlar və nailiyyətlər dilədi.
Sonra gündəlikdə duran məsələlər müzakirə olundu.
2019-2020-ci tədris ili üçün Sumqayıt Dövlət Universitetinə bakalavriat səviyyəsi üzrə tələbə qəbulunun nəticələri haqqında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov məlumat verdi. Qeyd etdi ki, bütün ixtisaslar üzrə tələbə qəbulunun nəticələri qənaətbəxşdir.
2019-2020-ci tədris ili üçün Sumqayıt Dövlət Universitetinə magistratura səviyyəsi üzrə tələbə qəbulunun nəticələri haqqında Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinə tələbə qəbulunun nəticələri haqqında kollecin direktoru dosent Mətanət Pirquliyeva məlumat verdilər.
Gündəlikdə olan bütün məsələlər üzrə geniş müzakirələr aparıldı.
Cari məsələlər haqda Elmi katib professor Muxtar Səmədov məlumat verdi. Qeyd olundu ki, Elmi Şuraya qrif almaq üçün 32 tədris və tədris metodik vəsait, həmçinin müvafiq fənlər üzrə işçi-tədris proqramlar, sillabuslar və Mühəndislik fakültəsi üzrə yeni ixtisasların tədris planları daxil edilmişdir. Aparılan müzakirələrdən sonra tədris-metodiki vəsaitlərin nəşr olunmasına icazə verildi, tədris planları və sillabuslar təsdiq olundu.
Sonda rektor professor Elxan Hüseynov yeni tədris ilində qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verdi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az