Əsas səhifə | Xəbərlər | SDU-da Zərifə xanım Əliyevanın xatirəsi anıldı
SDU-da Zərifə xanım Əliyevanın xatirəsi anıldı
Aprelin 28-də Sumqayıt Dövlət Universitetində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə tədbir iştirakçıları Zərifə xanım Əliyevanın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Universitetin rektoru Elxan Hüseynov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Ulu öndər Heydər Əliyev xatirələrində qeyd edirdi ki, mən Zərifə xanım kimi həyat yoldaşımın olması ilə xoşbəxt idim. Bu qibtə doğuracaq bir etiraf idi! Üç böyük tarixi şəxsiyyətin –görkəmli dövlət xadimi Əziz Əliyevin, Ümummilli lider Heydər Əliyevin və Prezidentimiz cənab İlham Əliyevin həyatında silinməz izi olan Zərifə xanım ən çox ailə və övlad dəyərləri ilə yaşayırdı. Bununla yanaşı  insanlara dünya işığı verən həkim sənətini davam etdirirdi. 
Rektor Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim, fədakar ana Zərifə xanım Əliyevanın ömür yoluna qısa nəzər saldı. Vurğuladı ki, Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində Azərbaycanın görkəmli həkimlərindən, dövlət xadimlərindən biri professor Əziz Əliyevin ailəsində  dünyaya göz açmışdır. 1942-ci ildə orta məktəbi bitirdiktən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Zərifə Əliyeva daha artıq praktik biliklərə yiyələnmək üçün Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsilini davam etdirmişdir. Zərifə xanım Əliyevanın oftalmologiya sahəsində elmi tədqiqata olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış və həkim-ordinator kimi işə başlamışdır. 1960-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Görkəmli alim çoxillik araşdırmalarını peşə ilə əlaqədar göz xəstəliklərinə həsr olunmuş doktorluq dissertasiyasında ümumiləşdirdi. Müdafiəsi isə 1977-ci ildə dünya oftalmologiyasının əsas mərkəzlərindən olan Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda oldu. Onun doktorluq işi məşhur alim və həkimlərin ən yüksək qiymətlərini aldı. Elə həmin ildə Zərifə xanıma tibb elmləri doktoru elmi adı verildi. Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur.
Rektor qeyd etdi ki, böyük xidmətlərinə, çoxillik elmi- tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Zərifə xanım Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır.
Zərifə xanımın bir həyat yoldaşı kimi  ümummilli liderimiz Heydər Əliyevə çətin günlərində dayaq olduğunu, ona hər zaman dəstək olduğunu vurğulayan rektor   İlham Əliyev və Sevil Əliyevanın şəxsiyyət kimi formalaşmasında  Zərifə xanımın  xüsusi rolunu qeyd etdi və onun  bütün azərbaycan qadınlarına  nümünə ola bilcək təmiz, pak, müqəddəs sima olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tibbi biliklər və mülkü müdafiə kafedrasının müdiri Tahir Xəlilov,  Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, əməkdar jurnalist Avtandil Ağbaba, SDU-nun YAP Gənclər Təşkilatının sədri Səma Əsədova Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti ilə barədə məruzə ilə çıxış etdilər. 
Tədbirin sonunda “Elegiya” adlı sənədli film nümayiş olundu.
                                                                                                                                                                                                                                                                                                       Mətbuat Xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az