Əsas səhifə | Xəbərlər | Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbir keçirildi
Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbir keçirildi
Oktyabrın 11-də Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə universitetdə Beynəlxalq Qızlar Günü qeyd olundu.
Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.
Tədbiri giriş sözü ilə Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı açaraq, qızların bayramını təbrik etdi. Bildirdi ki, BMT Baş Məclisi bu tarixi dünya ictimaiyyətinin diqqətini qızların hüquqlarına və onların qarşılarına çıxan özünəməxsus problemlərə cəlb etmək məqsədilə təsis edib. Eyni zamanda bu günün keçirilməsinin məqsədi qızların zərif cinsin nümayəndələri olması ilə bağlı onların bilavasitə üzləşdikləri sosial problemlərə və qeyri-bərabərlik hallarına cəlb etməkdir.Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburi evlilikdən müdafiə olunmaq həmin problemlər sırasındadır. Azərbaycanda qadın hüquqları qanunvericilikdə təsbit edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə vaxtaşırı monitorinqlər apararaq, uşaqların məktəbdən yayındırılması faktlarını üzə çıxarır və bu cür halların qarşısını alır. Hər il uşaqların, xüsusilə qızların təhsildən uzaqlaşdırılması ilə bağlı yüzlərlə inzibati qərar qəbul və tətbiq edilir.
Tarix və coğrafiya fakültəsinin dosenti Cavid Məmiyev, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Kərimova, müəllim Aygün Səttarova və tələbə Elbəy Həmidli 11 oktyabr Beynəlxalq Qızlar Gününün təsis olunması tarixi haqqında məlumat verdilər. Ölkəmizdə qadın və qızların hüquqlarının qorunması üçün bir sıra tədbirlərin həyata keçirildiyini və qarşıya çıxan problemlərin həll edilməsinin labüd olduğunu qeyd etdilər. Vurğuladılar ki, bütün işlərin ağırlığı qadınların üzərinə düşür. İndiki qızlar gələcəyin anasıdır. Sağlam ana həm dünyagörüşlü ailə, həm də təhsilli cəmiyyət deməkdir.
Tələbələrdən Aygül Rasulova “Qadın hüquqları”, Nəzrin Məmmədli “Uşaq nigahı”, Günel Vəliyeva “Feminizm”, Nərmin Kamilova “Gender bərabərliyi” mövzularında məruzə ilə çıxış etdilər.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az