Əsas səhifə | Xəbərlər | Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş tələbələr arasında minifutbol üzrə yarışa start verildi
Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş tələbələr arasında minifutbol üzrə yarışa start verildi
Sumqayıt Dövlət Universitetində Sumqayıt şəhərinin 70 illik yubileyi əlaqədar təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq, universitetin I kurs tələbələrinin fakültələrarası idmanın 5 növü üzrə (minifutbol, voleybol, stolüstü tennis, dama və şahmat) spartakiadasına start verildi.
Məqsəd gənclərin hərtərəfli inkişafına nail olmaq, sağlamlıqlarını möhkəmləndirmək, asudə vaxtlarının səmərəli təşkili və həmçinin fiziki potensialının üzə çıxarılmasıdır. Oktyabrın 11-də Sumqayıt Dövlət Universitetində şəhərin 70 illik yubileyinə həsr olunmuş tələbələr arasında minifutbol üzrə yarış təşkil edildi. Yarışda qalib adı uğrunda fakültələrdən ibarət komandalar mübarizə apardılar.
Gərgin keçən yarışın ilkin nəticəsinə görə, İqtisadiyyat və idarəetmə fakültəsinin komandası 2:0 hesabı ilə Filologiya fakültəsinə qalib gəldi, Tarix və coğrafiya fakültəsinin komandası isə 3:0 heabı ilə Fizika və elektroenergetika fakültəsini üstələdi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az