Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Clarivate Analytics” şirkətinin nümayəndəsi seminar keçirdi
“Clarivate Analytics” şirkətinin nümayəndəsi seminar keçirdi
Oktyabrın 16-da Sumqayıt Dövlət Universitetində “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr” və “Yırtıcı jurnallarla mübarizə” mövzularında seminar keçirdi.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov qonağı salamladı və “Clarivate Analytics” şirkəti haqqında ətraflı məlumat verdi, bu şirkətin ölkədə mühüm elmi nailiyyətlərin əldə edilməsində, Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiya prosesində əhəmiyyətli yer tutduğunu qeyd etdi. Bildirdi ki, impakt faktorlu jurnallara elm tutumlu məqalələrin cəlb edilməsi yolları və dünyanın nüfuzlu elmi jurnallarında məqalələrin dərc olunması üçün tələb olunan şərtlər və məqalələrin yazılması qaydaları haqqında məlumatlar paylaşmaq məqsədilə universitetdə seminar və treninqlər təşkil edilir, əməkdaşlara bu barədə ətraflı məlumat verilir.
Təlimdə “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina iştirakçıları “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, dərc ediləcək məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktik məsələlərlə bağlı məlumatlandırdı və suallarını cavablandırdı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az