Əsas səhifə | Xəbərlər | Əməkdaşımız İsveçin Kral Texnologiya İnstitutunda təlimdə iştirak etdi
Əməkdaşımız İsveçin Kral Texnologiya İnstitutunda təlimdə iştirak etdi
Oktyabrın 14-dən 18-dək Kral Texnologiya İnstitutunda Avropa Komissiyasının maliyyələşdirdiyi “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” Erasmus+ EQAC layihəsi çərçivəsində təlimlər keçirildi.
Təlimlər avropalı təlimçilərin moderatorluğu ilə aparıldı. Margareta Bergman, Kristina Edstrom, Anna-Karin Hogfeldt, Leif Kari, Elizabeth Keller, Anders Rosen, Emma Stromberg, Margareta Norell Bergendahi, Linde Rose, Viktor Kordas və Tələbə Gənclər Təşkilatının nümayəndəsi mövzular üzrə təlimləri idarə etdilər.
Sessiyalarda bir sıra mövzularda müzakirələr və qrup işləri oldu. Təlimin məqsədi təcrübəni bölüşmək, Avropa məkanına tətbiq olunan standartları təhlil etmək, ömürboyu öyrənmə metodları ilə tanış olmaq idi. Təlimdə “İsveç Ali təhsil modeli”, “Milli səviyyədən beynəlxalq səviyyəyə qədər keyfiyyət təminatı”, “Cəmiyyətlə əməkdaşlıq”, “Qlobal davamlı inkişaf”, “Tələbəyönümlü dərslərin təşkili”, proqramların yazılması prosesinə tələbələrin cəlb edilməsi mövzularında təqdimatlar yer aldı.
18 Oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə dəyirmi masada görüş təşkil olundu, Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin birinci katibi Vaqif Seyidbəyov, səfirliyin əməkdaşı Günəş Rüstəmzadə də iştirak etdilər. Tədbirdə iştirak edən Argentina, Koreya, Çin və İsveç universitetlərinin əməkdaşları da bayramı Azərbaycan nümayəndələri ilə qeyd etdi, azərbaycanlı iştirakçılar Ulu öndərin kəlamlarını səsləndirərək, videoçarx hazırladılar. Videoçarx saytlarda yayımlandı.
Sonda tədbir qiymətləndirmə formalarının doldurulması və sertifikatların təqdimatı ilə yekunlaşdı.
Tədbirdə Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri, mütəxəssisləri, SDU-dan isə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova iştirak etdilər.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az