Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbəmiz beynəlxalq yarışda qızıl medala layiq görüldü
Tələbəmiz beynəlxalq yarışda qızıl medala layiq görüldü
Ölkəmizdə idmanın bütün sahələri dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişaf edir. Prezident cənab İlham Əliyevin məqsədi Azərbaycanda idmanın kütləviliyini təmin etməkdir. Sevindirici haldır ki, bu istiqamətdə yüksək nəticələr əldə olunub. İdmanın kütləviliyi hər bir cəmiyyətdə sağlam nəslin yetişməsində mühüm rol oynayır. Buna görə də ölkəmiz son illərdə idmanın inkişafı istiqamətində mühüm uğurlar qazanır, idmançılarımız isə Azərbaycanı beynəlxalq idman yarışlarında layiqincə təmsil edirlər. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq, beynəlxalq miqyaslı yarışlara, nüfuzlu tədbirlərə ev sahibliyi edir.
Sumqayıt Dövlət Universitetində də idmana diqqət ildən-ilə daha da artır. İdmançılarımızın beynəlxalq arenalarda qazandığı nailiyyətlər buna bariz nümunədir. Oktyabrın 19-da Gürcüstanın Akhaltsikhe şəhərində atletikanın nüvə itələmə növü üzrə keçirilən beynəlxalq yarışda SDU-nun Fizika və elektroenergetika fakültəsinin III kurs tələbəsi Nurəhməd Babayev 14.17 metr nəticə göstərərək, I yerə çıxdı və qızıl medala layiq görüldü.
İdmançı tələbələrimizin əldə etdikləri nailiyyətlərlə fərəhlənirik. Çünki bizim idmançılarımız ölkəmizi və univertsitetimizi beynəlxalq arenalarda uğurla təmsil edirlər. Nurəhməd Babayevi qələbə münasibətilə təbrik edir və yeni qələbələr, uğurlar arzulayırıq.
Qeyd edək ki,yarışda Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistandan yüzlərlə idmançı iştirak etmişdir.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az