Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Coğrafiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransı öz işinə başladı
SDU-da “Coğrafiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransı öz işinə başladı
Oktyabrın 24-də Sumqayıt Dövlət Universitetində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş “Coğrafiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransı keçirildi.
Konfransda respublikamızın aparıcı ali təhsil müəssisələri ilə yanaşı, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, ETSN, Hidremeteorologiya ElmiTədqiqat İnstitutunun alimləri iştirak etdilər.
Qonaqlar Ulu öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində ümummilli liderin zəngin həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi xarici ölkələrə səfərlərini, nüfuzlu dövlət xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillərə, Ulu öndərə həsr olunmuş kitablara baxış keçirdilər. AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Məmmədov, ETSN, Hidremeteorologiya ElmiTədqiqat İnstitutunun professoru Rza Mahmudov xatirə kitabında ürək sözlərini qeyd etdilər.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq, konfransın əhəmiyyətindən, Ulu öndər Heydər Əliyevin coğrafiya elminin inkişafına verdiyi dəstəkdən söz açdı. Ulu öndərin Azərbaycan elminin inkişafındakı böyük xidmətlərindən bəhs edərək, onun elmə, alimə həmişə yüksək qiymət verməsini, milli kadr potensialının, o cümlədən bir çox elm sahələri kimi coğrafiya üzrə də mütəxəssis kadrların hazırlanmasındakı böyük rolunu xüsusi qeyd etdi, gənc nəslin formalaşmasında, elmi fəaliyyətlərinin inkişaf etdirilməsində müxtəlif elm sahələrinin, xüsusilə coğrafiya elminin əhəmiyyətli olduğunu diqqətə çatdırdı. Bildirdi ki, konfransa daxil olan məqalələrdə müasir dövrdə Azərbaycan coğrafiyaçılarını düşündürən problemlər öz əksini tapmış, 94 tezis Konfrans materialları toplusu şəklində nəşr olunmuşdu.
Rektor dərin məzmunlu çıxışında regionların sosial-iqtisadi inkişafına həsr olunmuş Dövlət Proqramının mühüm nəticələr verdiyini, qarşıya qoyulmuş bir sıra strateji layihələrin həyata keçirilməsi baxımından son dərəcə əhəmiyyətli sənəd olduğunu xüsusi vurğuladı. Qeyd etdi ki, 2004-cü ildən bəri ölkənin regionlarının inkişaf etdirilməsi üçün Dövlət Proqramları həyata keçirilir. Proqramlara əsasən rayon mərkəzlərində abadlıq və quruculuq işləri aparılmış, kəndləri birləşdirən yollar yenidən qurulmuş, infrastruktur obyektlərinin müasirləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Həmin dövlət proqramının davamı olaraq regionların təbii ehtiyatları və iqtisadi-demoqrafik imkanlarından istifadə edilməsi əsasında yeni təsərrüfat obyektlərinin yaradılması nəzərdə tutulmuş, regionlarda uzun illər ərzində mövcud olmuş sosial xidmət infrastrukturu şəbəkəsinin yenidən qurulması kimi mühüm məsələlər öz həllini tapmışdır. Rektor ölkəmizi bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib, konfransın işinə uğurlar dilədi.
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru , professor Ramiz Məmmədov “Xəzər dənizinin səviyyəsinin dəyişməsi problemləri”, ETSN, Hidremeteorologiya Elmi Tədqiqat İnstitutunun professoru Rza Mahmudov “Azərbaycanda qlobal iqlim dəyişmələrinin hidremeteoroloji və sosial-iqtisadi şəraitə təsiri”, SDU-nun Coğrafiya və onun tədrisi metodikası kafedrasının müdiri professor Tahir Ağayev “Abşeron yarımadasında sənaye müəssisələrinin çirkləndirmə mənbələrinin atmosferə təsirinin xüsusiyyətləri” mövzularında məruzə ilə çıxış etdilər. Coğrafiya elminin zəngin tarixi olduğunu söyləyərək, onun dünya elminə verdiyi töhfələrdən bəhs etdilər.
Konfrans öz işini bölmələr üzrə davam etdirdi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az