Əsas səhifə | Xəbərlər | İqtisadiyyat və idarəetmə fakültəsinin futbol komandası I yerə layiq görüldü
İqtisadiyyat və idarəetmə fakültəsinin futbol komandası I yerə layiq görüldü
 
Sumqayıt Dövlət Universitetində Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq, universitetin I kurs tələbələrinin fakültələrarası idmanın 5 növü üzrə (minifutbol, voleybol, stolüstü tennis, dama və şahmat) spartakiadası keçirildi.
Yarışda qalib adı uğrunda fakültələrdən ibarət komandalar mübarizə apardılar.
Yarışlar 2 yarımqrupda başladı
 
I yarımqrupda                                  II yarımqrupda
1. İqtisadiyyat və idarəetmə              1. Tarix və çoğrafiya
2. Kimya və biologiya.                       2. Mühəndis
3. Filologiya.                                     3. Fizika və elektiroenergetika
4. SDTK                                            4. Riyaziyyat
Qeyd edək ki, oyunlar hər yarımqrupda dairəvi üsulla keçirildi və hər yarımqrupdan 2 komanda növbəti mərhələyə çıxdı.Yarımfinalda İqtisadiyyat və idarəetmə fakültəsi Mühəndislik fakültəsini məğlub edərək, finala yüksəldi. Gərgin keçən yarışın final oyununda İqtisadiyyat və idarəetmə komandası Tarix və coğrafiya komandasını məğlub edərək, I yerə çıxdı. Mühəndislik fakültəsi isə Kimya və biologiya komandasını məğlub edərək, III yerə layiq görüldü.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az