Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun müəllim və tələbələri beynəlxalq coğrafi imlada iştirak etdilər
SDU-nun müəllim və tələbələri beynəlxalq coğrafi imlada iştirak etdilər
Oktyabrın 27-də M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Beynəlxalq coğrafi imla keçirildi.“Coğrafi imla” 2015-ci ildən başlayaraq, Rusiya Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilir.
Tədbirdə Beynəlxalq kosmik stansiyanın orbitindən rusiya kosmonavtları Oleq Skripoçka və Aleksandr Skvortsov tədbir iştirakçılarına öz salamlarını çatdırdılar, layihənin əhəmiyyətindən bəhs etdilər.
Sumqayıt Dövlət Universitetinin tələbə və müəllim heyəti 2017-ci ildən bu tədbirdə iştirak edir. Bu il də SDU-nun müəllimləri və tələbələri böyük heyətlə (54 nəfər) M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı tərəfindən təşkil olunan Beynəlxalq imlada fəal iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları ilə coğrafiyaya aid şifahi sual-cavab (viktorina) keçirildi və burada SDU-nun əməkdaşları: dosent İlham Mərdanov, baş müəllim Məsud Alməmmədli və tütor Mehman Kazımov öz fəallıqları ilə seçildilər. Mehman Kazımova viktorinanın suallarını düzgün cavablandırdığı üçün hədiyyə təqdim edildi.
Sonda Beynəlxalq imla tədbirində iştirak edənlərə sertifikatlar təqdim edildi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az