Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbəmiz “İdman ustası” dərəcəsinə layiq görülüb
Tələbəmiz “İdman ustası” dərəcəsinə layiq görülüb
Hər hansı dövləti, xalqı dünyada tanıtdıran əsas sahələrdən biri də idmandır. Sevindirici haldır ki, ölkəmizdə idman günü-gündən inkişaf etməkdədir. Təbii ki, idman və bədən tərbiyəsinin kütləviləşməsində klublar qədər orta və ali təhsil məktəblərinin də böyük payı var. Belə təhsil ocaqlarından biri də Sumqayıt Dövlət Universitetidir.Ölkəmizdə idmana dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğı bu ali təhsil müəssisəsinin idman həyatına da əhəmiyyətli təsir göstərib. Belə ki, burada tələbələrin və əməkdaşların fiziki sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində məqsədyönlü kompleks tədbirlər həyata keçirilir, müvafiq maddi-texniki baza yaradılır. Tələbələr arasında idmana kifayət qədər böyük maraq göstərilir.Tələbə idmançılarımızın əldə etdikləri uğurlar bunu demeye əsas verir ki,universitet rəhbərliyi daima idman və bədən tərbiyəsinə böyük diqqət və qayğı göstərir. Bu yaxınlarda Fizika və elektroenergetika fakültəsinin III kurs tələbəsi Sərvin Haşımlı Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən “İdman ustası” dərəcəsi almışdır. Qeyd edək ki, Sərvin Haşımlı cüdo üzrə bir çox beynəlxalq turnirlərin qalibi olmuşdur.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az