Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetdə Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş fakültələrarası voleybol üzrə yarış keçirildi
Universitetdə Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş fakültələrarası voleybol üzrə yarış keçirildi
Oktyabrın 23-dən noyabrın 8-dək Sumqayıt Dövlət Universitetində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş SDU-nun I kurs tələbələrinin fakültələrarası voleybol üzrə yarışı keçirildi. Yarışda universitetin 7 fakültəsi və Sumqayıt Dövlət Texniki Kollecinin komandaları iştirak etdilər. Yarışda komandalar dairəvi sistem üzrə qüvvəsini sınadılar.
2 komanda növbəti mərhələyə çıxdı.
I yarımqrupdan
Tarix və coğrafiya 2-0 Fizika və elektiroenergetika
II yarımqrupdan
İqtisadiyyat və idarəetmə 0-2 Mühəndislik komandaları.
Final mərhələsində Tarix və coğrafiya - Mühəndislik komandaları qarşılaşaraq 2-0 hesabı ilə tarixçilər qalib gəldi. Beləliklə voleybol üzrə yarışların nəticələrinə əsasən I yeri Tarix və coğrafiya, II yeri Mühəndislik, III yeri İqtisadiyyat və idarəetmə fakültəsinin komandaları tutdular.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az