Əsas səhifə | Xəbərlər | "Clarivate Analytics” şirkətinin ekspertinin iştirakı ilə növbəti təlim keçirildi
"Clarivate Analytics” şirkətinin ekspertinin iştirakı ilə növbəti təlim keçirildi
Noyabrın 14–də Sumqayıt Dövlət Universitetinin Kiçik Akt zalında Clarivate Analytics şirkətinin elmi informasiya resursları üzrə eksperti linqvistika üzrə fəlsəfə doktoru Valeriya Kurmakayeva və həmin şirkətin Azərbaycandakı nümayəndəsi Aygün Babazadənin iştirakı ilə “Beynəlxalq elmi jurnalların tələbləri və ingilisdilli elmi məqalələrin yazılış qaydaları” mövzusunda təlim keçirildi.
Tədbiri universitetin Elmi hissəsinin müdiri dosent Samir Orucov açaraq, qonaqları salamladı, mövzunun aktuallığını vurğuladı.
Təlimçi Valeriya Kurmakayeva təbiət və texniki elmlər sahəsindən fərqli olaraq, humanitar sahədə elmi jurnalların beynəlxalq məlumat bazasında indekslənməsinin məxsusi olduğunu açıqladı. Filologiya sahəsində dəyərli jurnalların seçilməsi yollarını əyani göstərən təlimçi eyni zamanda məqalələrin ingilis dilində yazılmasına və xarici jurnalların tələblərinə uyğun tərtib olunmasına dair tövsiyələrini verdi.
Tədbirdə iştirak edən universitetin professor-müəllim heyəti, o cümlədən fakültə dekanları, kafedra və şöbə müdirləri, elmi rəhbərlər və doktorantlar ilə WoS, JCR, EndNote (Match), Master Journal List məlumat-axtarış sistemlərindən istifadə qaydalarına dair və digər praktiki məsələlər ətrafında müzakirələr aparıldı.
Məqalələrin adı, annotasiyası, açar sözləri, İMRAD: İntro, Methods, Results&Discusion, müşayiət məktubu (cover letter) və s. bilgilər interaktiv nümayiş olundu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az