Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ESFIDIP Tempus layihəsi çərçivəsində görüş
ESFIDIP Tempus layihəsi çərçivəsində görüş
Aprelin 27-28-də Xəzər Universitetində “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsi çərçivəsində yerli və Avropa partnyorlarının iştirakı ilə görüş keçirildi.
Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası üçün dəstək siyasəti və mexanizmlərini Avropa Birliyinin ən yaxşı təcrübə və siyasəti ilə inkişaf etdirməkdir.
Məlumat üçün bildirək ki, layihənin yerli tərəfdaşları Azərbaycan Respublikası Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Xəzər Universiteti və Azərbaycan Əlil Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Layihənin Avropa partnyorları Qraz universiteti (Avstriya), Makedoniya Universiteti (Yunanıstan), Lodz Universiteti (Polşa) və Avropa İnsan Hüquqları Məsləhətxanasıdır.
Görüş zamanı yerli partnyor universitetlər layihə çərçivəsində görülən işlər, Avropadakı partnyor universitetlərə səfərləri zamanı əldə edilən təcrübələr və Avropa partnyorlarından gözləntiləri haqqında təqdimat etdilər. SDU-nu görüşlərdə  Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Turqay Hüseynov, həmin şöbənin metodisti Samirə Kərimova ilə birgə hazırladıqları təqdimatla  təmsil etdilər. Təqdimatlar ətrafında fikir mübadiləsi aparıldı və Avropa partnyorlarının sualları cavablandırıldı.
Daha sonra layihə çərçivəsində hazırlanmış əsasnamə və “Təlimat qaydaları”nın hazırlanması barəsində müzakirələr oldu.
Görüşün ikinci günündə Avropa partnyorları ilə Xəzər Universitetinin layihə üzrə təyin olunmuş heyəti və eyni zamanda yerli universitetlər arasında paralel görüşlər davam etdirildi. Layihənin gedişatı haqqında fikir mübadiləsi aparıldı, qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları müzakirə olundu.
Görüşün sonunda Avropa partnyorlarının iştirakı ilə əsasnamənin son versiyası hazırlandı. Daha sonra Avropa partnyorları ilə gələcəkdə görüləcək işlər haqqında müzakirələr edildi.
Layihə üzrə işlər davam etdirilir.
                                                                                                                                                                                                                                                                                                Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az