Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Nümayəndələrimiz Litva Respublikasının Vilnüs şəhərində Tətbiqi Sosial Elmlər Universitetində təşkil olunan təlimdə iştirak etdilər
Nümayəndələrimiz Litva Respublikasının Vilnüs şəhərində Tətbiqi Sosial Elmlər Universitetində təşkil olunan təlimdə iştirak etdilər
Noyabrın 17-dən 22-dək Litva Respublikasının Vilnüs şəhərində Tətbiqi Sosial Elmlər Universitetində ERASMUS+EQAC “Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişafı” mövzusunda təlim keçirilmişdir.
Təlimin əsas məqsədi Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartları QPR sisteminə tətbiq etmək, Metrix, keyfiyyətli idarəetme sistemi və QPR design proses proqramı haqqında təlimlər keçmək, Avropa təcrübəsini öyrənmək idi. Təlimlər Avropalı təlimçilər: Dr. İnqa Juknyte-Petreikiene, Dr. Alvydas Punisin moderatorluğu ilə aparılmışdır. Sessiyalarda bir sıra mövzularda müzakirələr, qrup işləri və fərdi tapşırıqlar olmuşdur. Təlimdə eyni zamanda təcrübəni bölüşmək, Avropa məkanına tətbiq olunan standartları təhlil etmək də əsas faktorlardan idi. Təlimin dördüncü günündə isə universitetlər keyfiyyət təminatı sahəsində gördüyü işləri təqdim etdilər. Sonuncu gün Fishbone diaqramı mövzusunda seminar keçirildi.
Tədbirdə Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri, mütəxəssislər, Sumqayıt Dövlət Universitetindən Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova və Dünya İqtisadiyyatı və marketinq kafedrasının baş laborantı Nihad Hüseynov iştirak etdilər.
Tədbir sonda qiymətləndirmə formalarının doldurulması ilə yekunlaşdı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az