Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | TGT-nin nəzdində Rəsm klubu yaradılıb
TGT-nin nəzdində Rəsm klubu yaradılıb
İstedadlı tələbələri üzə çıxarmaq və onların asudə vaxtlarının səmərəli təşkili üçün Tələbə Gənclər Təşkilatının nəzdində Rəsm klubu yaradılıb.
TGT-nin sədri Tayfun Hacılı klubun təsis olunması və fəaliyyəti haqqında iştirakçılara məlumat verdi. Bildirdi ki, tələbələrin rəssamlıq potensialını aşkarlamaq, rəsm sərgiləri, müsabiqələrin təşkili, təlimlərin keçirilməsi təhsillə bərabər, tələbələrin rəssamlıq bacarıqlarının inkişafına xidmət edir. Rəsm klubunun üzvləri burada incəsənətin sirlərini öyrənir və rəssamlıq sənətinə yüksək səviyyədə yiyələnirlər. Klub üzvlərinin əl işlərinin sərgilənməsi üçün onlara dəstək göstərilir. Yaxın günlərdə tələbələrin rəsm sərgisi təşkil ediləcək.
Qeyd edək ki, bu sahə üzrə hər şənbə günü təlimlər təşkil olunur.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az