Əsas səhifə | Xəbərlər | Əməkdaşımız Adnan Menderes Universitetində ezamiyyətdə olub
Əməkdaşımız Adnan Menderes Universitetində ezamiyyətdə olub
Əcnəbi tələbələr şöbəsinin müdiri Südabə Məmmədova noyabrın 3-dən 16-dək Mevlana Mübadilə Proqramı çərçivəsində Adnan Menderes Universitetində ezamiyyətdə olub.
Südabə Məmmədova öz səfər təəssüratlarını bölüşdü. Qeyd etdi ki, Mevlana Mübadilə Proqramı Türkiyə ali təhsil müəssisələri ilə xarici ölkə universitetləri arasında tələbə və müəllim mübadiləsinə yönəldilmiş proqramdır. 23 avqust 2011-ci il tarixli 28034 nömrəli qərara əsasən Proqram dünyanın bütün regionlarındakı universitetlərlə əməkdaşlığı nəzərdə tutur. Respublikamızın bir çox ali təhsil müəssisələri kimi Sumqayıt Dövlət Universiteti də müasir mobillik şəraitindən istifadə edərək 2015-ci ildən proqrama qoşulmuş və Türkiyənin bir çox universitetlərilə müqavilələr imzalamışdır. Bunlardan biri də Aydın şəhərində yerləşən Adnan Menderes Universitetidir. Universitet 1992-ci ildən fəaliyyət göstərir və Türkiyənin ən yaxşı universitetləri içərisində 57-cı sıradadır. Universitetə 19.01.2019 tarixindən prof. dr. Osman Selcuk Aldemir rektor vəzifəsinə təyin olunmuşdur. Universitetin 16 fakültəsi, 3 institutu, 1 konservatoriyası, 4 ali məktəbi və 18 peşə məktəbi,26 araşdırma mərkəzi və cəm olaraq 52 137 tələbəsi vardır. Bunlar bölgüyə görə belədir:
-704 doktorant
- 2438 tələbə magistr
- 29.939 tələbə bakalavr (onlardan 600 yaxın xarici tələbələrdir)
- 19.056 tələbə 2 illik axşam təhsili
Proqramın şərtlərinə görə müəllimlərin universitetdə dərs deməsi 1 həftədən 3 aya qədər olmalıdır. Universitetdə olduğum müddətdə Egitim (təhsil) fakültəsinin 2-ci və 3-cü kurs tələbələrindən ibarət qruplarda 5 dərs: Özel Ögretim yöntemleri ( təhsildə özəl yanaşmalar),Okul öncesı egitim proqramı (məktəbəqədər təhsil proqramı), Egitimdə araşdırma yöntemleri( təhsildə araşdırmacılıq istiqamətləri),Fen egitimi ( ixtisas təhsili), Egitimde drama ( təhsildə drama) apardım. Dərslər verilən tələblər əsasında aparıldı. Mövzular təyin olunduğum kafedra tərəfindən seçildi və koordinatorluqda təstiqləndi.
Noyabrın 10-da M.K.Atatürkün anım günü münasibətilə həm məktəbdə, həm də universitetin konqress zalında keçirilən tədbirlərdə iştirak etdim. Həmçinin Aydın Başaq Özəl kollecinin ibtidai siniflərdəki dərslərində oldum. Həmin kollecin məktəbəqədər hazırlıq qrupunda Montossori Uşaq Akademiyasının müasir dərs metodikası ilə tanış olub, Zübeydə xanım adına Dövlət məktəbəqədər təhsil müəssisəsində yuxarı yaş qrupunun təlim metodikası ilə, özəl təhsil müəssisəsindəki metodikanın oxşar və fərqli cəhədlərinin müqayisəsini apardım. Dərslərin 7-ci həftəsindən etibarən viza imtahan həftəsi elan olunur. İmtahanlar test üsuli ilə aparılır və müddəti 30 dəqiqə olur.
Ümumiyyətlə, müəllim və tələbələrin bələ proqramlardan maksimum dərəcədə yararlanması, təcrübələrin zənginləşməsinə kömək edən amillərdəndir.
Südabə Məmmədova yaradılan şəraitə görə universitet rəhbərliyinə, rektor professor Elxan Hüseynova dərin təşəkkürünü bildirdi.
 
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az