Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi
Noyabrın 27-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirildi. Rektor professor Elxan Hüseynov iclası açaraq, şura üzvlərini salamladı. Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sumqayıt şəhərinin yubileyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə SDU-nun əməkdaşlarından professorlar: Cavanşir Məmmədovu və Şirxan Səlimovu “Tərəqqi” medalı ilə təltif etdiyi üçün təbrik etdi.
Rektor həmçinin BDU-nun 100 illiyi ilə əlaqədar keçirilən tədbir barədə məlumat verdi. Qeyd etdi ki, BDU-nun 100 illiyinə həsr olunmuş təntənəli iclasda Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ətraflı nitq söylədi və BDU-nun keçdiyi 100-illik dövrü yüksək qiymətləndirdi.
Sonra iclasın gündəliyində olan məsələlər müzakirə olundu. Fakültə Elmi Şuralarında magistrant, doktorant və dissertantların attestasiyasının nəticələri barədə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, 2019-2020-ci ildə keçiriləcək respublika və beynəlxalq səviyyəli konfransların layihəsi haqqında Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar SDU-da keçiriləcək tədbirlər haqqında Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov məlumat verdi. Aparılan müzakirələrdən sonra təqdim olunan tədbirlər planı və keçiriləcək konfransların siyahısı təsdiq olundu.
Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova Moskva şəhərində keçirilən 10-cu Rusiya–Azərbaycan Regionlararası Forumundakı iştirakı və çıxışı barədə geniş məlumat verdi.
SDU əməkdaşlarının beynəlxalq proqram və layihələrdə, o cümlədən ERASMUS, “Mövlanə” mübadilə və Tvinninq proqramları çərçivəsində keçirilən tədbirlərdə SDU əməkdaşlarının iştrakı barədə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Samirə Məmmədova slayd vasitəsilə ətraflı məlumat verdi.
Rektor professor Elxan Hüseynov qeyd etdi ki, SDU əməkdaşları xarici ölkələrdə keçirilən Beynəlxalq Forum, Simpozium və konfranslarda iştirak etməli, mühazirə oxumalı, həmin universitetin uyğun kafedrası ilə kafedralararası müqavilələrin bağlanmasına, həmçinin təcrübə mübadiləsinin aparılmasına nail olmalıdırlar. Eyni zamanda SDU-nun əməkdaşları sərbəst və digər universitetlərlə birgə beynəlxalq layihə hazırlanması istiqamətində səylərini artırmalıdırlar.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul olundu.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi. Qeyd etdi ki, Elmi Şuraya 3 tədris vəsaiti və 23 fənn proqramı daxil olub. Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.
  
Mətbuat xidməti
 
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az