Əsas səhifə | Xəbərlər | “İştirak et və öz İİV statusunu öyrən”
“İştirak et və öz İİV statusunu öyrən”
Dekabrın 3-də Sumqayıt Dövlət Universitetində Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzi, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Şəhər bölməsi ilə birgə “İştirak et və öz İİV statusunu öyrən” devizi altında maarifləndirici tədbir keçirildi.
Tədbirdə Mərkəzin mütəxəssisləri İİV infeksiyası və ondan qorunma üsulları, sağlam və təhlükəsiz həyat tərzi barədə tələbələrə ətraflı məlumat verdilər. Bildirdilər ki,bu cür tədbirlərin keçirilməsində məqsəd İİV-in Azərbaycanda yayılmasının qarşısının alınması, əhalinin İİV-QİÇS barədə biliklərinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliğidir.
Sonra QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən tələbələr üçün İnsanın İmmun Çatışmazlığı Virusuna (İİV) görə laborator testlər keçirildi.
 
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az