Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | "Vətəndaşlıq və vətənpərvərlik" mövzusunda maarifləndirici tədbir keçirildi
"Vətəndaşlıq və vətənpərvərlik" mövzusunda maarifləndirici tədbir keçirildi
Dekabrın 3-də Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Filologiya fakültəsində "Vətəndaşlıq və vətənpərvərlik" mövzusunda maarifləndirici tədbir keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekan müavini Zöhrə Qafarova bildirdi ki, belə tədbirlər gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, vətəndaşlıq və vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərimizin qüvvə və bacarıqlarının dövlətçiliyin möhkəmləndirilməsi və inkişafına istiqamətlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Ümummilli lider Heydər Əliyev deyirdi: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik". Çünki vətənpərvər gənc hər bir millətin inkişafının təməl daşıdır.
Azərbaycan dili və onun tədrisi metodikası kafedrasın müdiri dosent Böyükxanım Eminli qeyd etdi ki, hazırda Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə “Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncamı gənclərə göstərilən dövlət qayğısının davamıdır. Gənclərimiz bütöv və müstəqil Azərbaycan naminə səylə çalışmalı, öz siyasətində onlara arxalanan Azərbaycan Prezidenti cənab İlham Əliyevin etimadını doğrultmalıdırlar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
 
Mətbuat xidmət
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az