Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Riyaziyyat fakültəsinin əməkdaşları Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın pedaqoji və şagird kollektivi ilə görüşdülər
Riyaziyyat fakültəsinin əməkdaşları Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın pedaqoji və şagird kollektivi ilə görüşdülər
Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” nda yeniyetmələrdə erkən yaşlarında elmə maraq yaradılması və bu məqsədlə müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının qərarına əsasən universitetin əməkdaşları şəhərimizdə yerləşən tam orta məktəblərdə görüşlər keçirir, eyni zamanda müəllim və şagird kollektivini universitetə dəvət edirlər. Belə tədbirlərin həyata keçirilməsində Riyaziyyat fakültəsinin əməkdaşları fəal iştirak edir. Bu görüşlərin nəticəsi olaraq şəhər məktəblərinin məzunlarından bir çoxu Sumqayıt Dövlət Universitetində təhsil alır.
Bu məqsədlə dekabrın 4-də Riyaziyyat fakültəsinin əməkdaşları Sumqayıt şəhərindəki Təbiət Elmləri Təmayüllü Gimnaziyada şagirdlərlə görüşdülər. Görüşdə Universitetin Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Xalidə Həsənova, həmin kafedranın əməkdaşları r.f.d. baş müəllimlər Natəvan Allahverdiyeva, Ülviyyə Əliyeva, assentlər Vəfa Rzayeva, Aynurə Əliyeva, tyutor, Diferensial-tənliklər və optimallaşdırma kafedrasının doktorantı İranə Abdullayeva iştirak etdilər.
Tədbiri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov açaraq, dövlətin təhsilə göstərdiyi qayğıdan, təhsildəki uğurlardan, xüsusilə ölkəmiz milli müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin dönəmindən bəri təhsil sahəsinə xüsusi diqqət yetirildiyindən danışdı.
Sonra SDU-nun Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Xalidə Həsənova bildirdi ki, Azərbaycan təhsili bütün dövrlərdə dövlətin diqqət və qayğısını hiss edib. Ulu öndərimiz qeyd etdiyi kimi, təhsil millətin gələcəyidir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezdent cənab İlham Əliyev elm, təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərir. Bunun da nəticəsində respublikamızda elm, təhsil sürətlə inkişaf etməkdədir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Bu gün Sumqayıt şəhərinin yeganə ali təhsil ocağı olan Sumqayıt Dövlət Universitetində böyük bir canlanma var. Sumqayıt Dövlət Universitetində perspektivlərin həyata keçirilməsində universitetin rektoru professor Elxan Hüseynovun böyük zəhməti var. Onun bu sahədə həyata keçirdiyi hər bir islahat ilk növbədə universitetin inkişaf dinamikası üçün hesablanmışdır.
Sonda SDU-nin tanıtım videoçarxı şagird və müəllim kollektivinə təqdim olundu.
Görüşün sonunda fakültə əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandırdılar. Belə məqsədli görüşlər Sumqayıt şəhərində yerləşən tam orta məktəblərdə müntəzəm olaraq davam edəcəkdir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az