Əsas səhifə | Xəbərlər | SDU-nun professor-müəllim və tələbə heyəti bir gündə 650 min ağac əkilməsi təşəbbüsündə fəal iştirak etdilər
SDU-nun professor-müəllim və tələbə heyəti bir gündə 650 min ağac əkilməsi təşəbbüsündə fəal iştirak etdilər
Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Sumqayıt şəhərində 26 minə yaxın ağac əkildi.
Aksiya çərçivəsində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində 16 min, şəhərin müxtəlif ərazilərində ümumilikdə 26650 ağac əkildi.
Ağacəkmə aksiyasında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən Sumqayıt Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti iştirak etdilər.Bu kampaniya böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliğinə, ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və insanların ətraf mühitin sağlamlaşdırılması naminə həmrəylik göstərməsinə xidmət edir.
Qeyd edək ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyev tərəfindən İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması görkəmli şairin ədəbi irsinin təbliği və öyrənilməsində yeni imkanlar açıb. Həmçinin “Nəsimi ili” çərçivəsində ölkəmizdə və dünyada bir sıra mühüm tədbirlər də keçirilir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az