Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Alimlərimiz “Müstəqil Dövlətlər Birliyi ölkələrində dil siyasəti” adlı Beynəlxalq Konqresdə iştirak etdilər
Alimlərimiz “Müstəqil Dövlətlər Birliyi ölkələrində dil siyasəti” adlı Beynəlxalq Konqresdə iştirak etdilər
Dekabrın 3-dən 4-dək Belarusun paytaxtı Minsk şəhərində “Müstəqil Dövlətlər Birliyi ölkələrində dil siyasəti” adlı Beynəlxalq Konqres keçirildi. Konqresdə Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən təhsil, elm, xüsusilə dilşünaslıq sahəsində çalışan mütəxəssislər, dərslik və tədris-metodik vasitələrin müəllifləri, MDB ölkələrinin Belarusdakı səfirləri, mədəniyyət xadimləri, Rusiya nəşriyyatlarının, ictimai qurumların və KİV-lərin nümayəndələri iştirak etdilər.
Tədbir MDB-nin İcraiyyə Komitəsi və Rossotrudniçestvo (Rusiya Əməkdaşlıq) Birliyinin təşəbbüsü, A.S.Puşkin adına Rusiya Dövlət Rus Dili İnstitutu və Milli Valideynlər Birliyinin (dəqiq desək: Ailənin sosial dəstəyi və ailə dəyərlərinin qorunması üzrə Milli Valideynlər Birliyi) dəstəyi və təşkilatçılığı ilə Rusiya Dövlət Sosial Universitetinin filialında keçirildi.
Konqresin məqsədi çoxdilliliyin problemlərinin ekspertlər tərəfindən geniş müzakirəsinin təşkili, çoxdilli, çoxmədəni və çoxkonfessional ölkələrdə dil situasiyasının və səmərəli təcrübələrin təhlilinin aparılması idi. MDB ölkələrində dil siyasətinə həsr olunmuş bu konqresin keçirilməsi təsadüfi deyildir. Konqresdə bildirildi ki, Müstəqil Dövlətlər Birliyinin ölkələri çoxdilli ölkələrdir və burada dövlət dilləri ilə yanaşı, rəsmi dillər, millətlərarası dillər və bu ölkəni öz vətəni hesab edən millətlərin dilləri vardır. Ekspertlərin rəylərinə görə, hal-hazırda MDB ölkələrinin ərazisində insanlar təxminən 500 dildə danışır, bunların ancaq 150 – 300-ü Rusiya Federasiyasının ərazisində mövcuddur. Bu situasiyada MDB ölkələrinin hər biri özünəməxsus dil siyasətini həyata keçirir. Bu siyasət hər ölkənin dil sahəsində tarixi və təcrübəsi, burada yaşayan xalqların və millətlərin ünsiyyət tələbatına əsaslanaraq, mövcud dillərin qarşılıqlı yaşam və əlaqə modelini yaradır. Məruzəçilərin bildirdiyi kimi, hər bir ölkənin dövlət quruculuğunda, təhsilində, elmində və mədəniyyətində eldə etdiyi uğurları onun dil siyasətinin harmonik qurulmasından asılıdır.
Konqresdə iştirak etmək üçün Minsk şəhərinə 10 MDB ölkəsindən 150-yə yaxın dil mütəxəssisi toplaşmışdı. Azərbaycan nümayəndə heyyətində Sumqayıt Dövlət Universitetindən professorlar: Ramazan Məmmədov, Nigar İsgəndərova, Bakı Slavyan Universiteti (prof. F.S.Naciyeva, dos. G.A. Əliyeva, dos.C.A. Səfərova), Azərbaycan Dillər Universiteti (prof. M.A.Əliyev), Azərbaycan Dövlət Pedaqoji Universiteti (prof. L.O.Vəzirova), Lənkəran Dövlət Universiteti (dos. K.Ş.Kazımov), Naxçıvan Dövlət Universiteti (dos. H.V.Adıgözəlov), Azərbaycan Universiteti (prof. A.A.Hacıyev) və Azərbaycanda Rusiya Əməkdaşlıq Mərkəzinin nümayəndələri (L.T.Yakunina və O.İ.Alenina) iştirak etdilər. Azərbaycanın elm və təhsilini konqresdə yüksək səviyyədə təmsil edən nümayəndə heyətimiz burada dil situasiyasının vəziyyətini təsvir edərək, ölkəmizdə aparılan uğurlu dil siyasətinin bütün sahələri haqqında məruzələrlə çıxış etdi və dəyirmi masalarda geniş müzakirələrə qatıldı. Azərbaycanda aparılan uğurlu dil siyasətinə, rus dilinin təbliğinə və geniş yayılmasına rəğmən, nümayəndə heyətimizin üzvü, ADU-nun “Rusiyaşınaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasının rəhbəri prof. M.A.Əliyev Konqresin açılışında “Azərbaycan Respublikasında müasir dil situasiyası” adlı məruzə ilə çıxış etdi. İki azərbaycanlı alim konqresin 1 panel diskussiyası və 1 dəyirmi masasına həmsədrlik etdi.
Ümumilikdə konqres çox intensiv və rəngarəng keçdi. Onun bölmələri dil, dil situasiyası və dil siyasətinin, demək olar ki, bütün sahələrini əhatə etdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az