Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Atəşgahsığorta” ASC-nin nümayəndələri İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri ilə görüş keçirdi
“Atəşgahsığorta” ASC-nin nümayəndələri İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri ilə görüş keçirdi
Dekabrın 10-da Sumqayıt Dövlət Universitetində İqtisadiyyat və idarəetmə fakültəsi və “Atəşgahsığorta” ASC-nin birgə iştirakı ilə tələbələrin istehsalat təcrübələrinin təşkilinə həsr edilmiş görüş keçirildi.
Tədbiri İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva açaraq, qonaqları salamladı, 4-cü kurs tələbələrinin “Atəşgahsığorta” ASC-nin Sumqayıt filialında təcrübə kecmələrinin əhəmiyyətini və bu istiqamətdə görüləcək işlərdən bəhs etdi.
“Atəşgahsığorta” ASC-nin Rekrutinq və təlim şöbəsinin müdiri Babək Məmmədov istehsalat təcrübəsinin keçirilməsi ilə bağlı tələb olunan qaydaları və şirkətin fəaliyyəti haqqında məlumat verdi.
Sumqayıt Dövlət Universitetinin Karyera Mərkəzinin müdiri dosent Əmirxan İsayev, mərkəzin metodisti Araz Tarverdiyev, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev və Dünya iqtisadiyyatı və marketinq kafedrasının baş müəllimi Gülbəz Rüstəmova cıxış edərək, istehsalat təcrübəsi ilə bağlı fikirlərini bölüşdülər.
Sonra “Atəşgahsığorta” ASC-nin ofis satışları müdiri Fərid Xalıqov, şirkət əməkdaşları Əbülfəz Abdullayev, Aysel Mahmudova və “Atəşgahsığorta” ASC-nin Sumqayıt filialının meneceri Rüstəm Əsədov tələbələri maraqlandıran sualları cavablandırdılar.
 
 
Mətbuat xidmət
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az