Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsi çərçivəsində görüş keçirildi
SDU-da “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsi çərçivəsində görüş keçirildi
Dekabrın 12-də Sumqayıt Dövlət Universitetində Təhsil Nazirliyi ilə Avropa Komissiyasının birgə həyata keçirdiyi “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı yeni TVİNNİNQ layihəsi çərçivəsində avropalı və yerli ekspertlərlə görüş keçirildi.
Görüşdə xarici ekspertlərlə yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirli-yinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin böyük mütəxəssisi Tofiq Mustafayev, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universitetinin ekspert nümayəndələri və universitetin professor-müəllim heyəti iştirak etdilər.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov xarici və yerli ekspertləri salamladı, universitetin fəaliyyəti, struktur və tədris proqramları, o cümlədən TVİNNİNQ layihəsi çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, universitetimizin Avropa İttifaqı tərəfindən maliyyələşən proqramlarda iştirak etməsi artıq bir ənənəyə çevrilmişdir.
Tədbirdə prorektor dosent Qafar Atayev, Diferensial tənliklər və optimallaşdırma kafedrasının müdiri, professor Fikrət Feyziyev, Riyaziyyat fakültəsinin dekanı Zəfər Hüseynov,Karyera mərkəzinin müdiri Əmirxan İsayev çıxışlarında bildirdilər ki, universitetdə TVİNNİNQ layihəsi çərçivəsində həyata keçirilən seminarlar, təlimlər, özünütəhlil prosesinə maraqlı qurumların nümayəndələrinin cəlb olunması, onların fikir və təkliflərinin nəzərə alınması, birgə keçirilən tədbirlər, eləcə də professor-müəllim heyətinin bilik, səriştə və bacarıqlarının yüksəldilməsi, universitetin təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi, müasir infrastrukturun qurulması, idarəetmənin optimallaşdırılması, kitabxanaların, Dissertasiya Şurasının fəaliyyətinin gücləndirilməsi, dövri elmi nəşrlərin təkmilləşdirilməsi, ixtisasartırmanın keyfiyyətli təşkili, büdcə vəsaitindən və intellektual resurslardan səmərəli istifadə, diferensial əməkhaqqı, universitetə yüksək biliyə malik gənclərin cəlb edilməsi, təhsilin beynəlmiləşdirilməsi, universitetin beynəlxalq əlaqələri, yerli və beynəlxalq layihələrdə iştirak, tədris-təlim prosesində dəyişikliklərə nail olmağın yolları ilə bağlı görülən işlər barədə məlumat verdilər.
Çıxışlardan sonra “Riyaziyyat və informatika müəllimliyi” proqramı üzrə müsahibə keçirildi, təhsil proqramının özünütəhlil qrupunun hesabatı dinlənildi. Qeyd edək ki, proqram üzrə sədri Diferensial tənliklər və optimallaşdırma kafedrasının müdiri Fikrət Feyziyevdir. Sonra həmin ixtisası tədris edən fənn müəllimlərindən Mustafayev Valeh Azad oğlu (İnformatika kafedrasının müdiri, professor), Qurbanov Nəbi Tapdıq oğlu (Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının müdiri, professor), Məmmədov Əkbər Comərd oğlu (Diferensial tənliklər və optimallaşdırma kafedrasının dosenti ), Yusifov Bakir Məhəmməd oğlu (Diferensial tənliklər və optimallaşdırma kafedrasının dosenti), Ağayarov Mətləb Hüseynqulu oğlu (Riyaziyyat və onun tədrisi metodikası kafedrasının dosenti), Hüseynzadə Şəhla Surxay qızı (İnformatika kafedrasının dosenti, Riyaziyyat fakültəsinin TEC-nin sədri), İsmayılova Günay Qəfil qızı (Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının baş müəllimi) ilə görüş keçirildi.
Sonra tələbələrin nümayəndələrindən Ağayeva Ülviyyə Ulduz qızı (496 saylı qrup), Əhmədova Vəfa Elşən qızı (497 saylı qrup), Dadaşova Afət Yaqub qızı (497 saylı qrup), Abaszadə Rəman Ramiz oğlu (406 saylı qrup), Şadlinskaya Leyla Razim qızı (493 saylı qrup) ilə görüş keçirildi.
Ekspertlər tələbələrin rüblük və yekun işlərinin (tezislərini), imtahan materiallarını nəzərdən keçirdilər. Auditoriya, laboratoriya, mühazirə otaqları, kitabxana, digər resurslarla tanış oldular.
Daha sonra ekspertlər bu ixtisas üzrə təhsilini başa vurmuş məzunlardan Əhmədova Aynur Nofəl qızı (14 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi), Əhməd Səbinə Musa qızı (35 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi), Məmmədova Yeganə Əlisa qızı (1 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi), Muxtarova Şəhanə Zöhrab qızı (Yeni Şəfəq Tədris Mərkəzində), Qasımzadə Zümrüd Rahim qızı ilə görüşlər keçirildi.
İşəgötürənlərin nümayəndələri Həsənova Nüşabə Əşrəf qızı (35 nömrəli tam orta məktəbin direktoru), Həsənli İlahə Şahbaz qızı (11 nömrəli tam orta məktəbin direktoru), Kərimli Natavan (11 nömrəli tam orta məktəbin direktor müavini), Səftərova Qönçə Tahir qızı –(Təfəkkür liseyinin direktoru), Əskərova Məhəbbət (Bakı şəhər, 176 nömrəli tam orta məktəbin direktoru) ilə görüş keçirildi. Nümayəndələr qeyd etdilər ki, Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlıq müqavilələri mövcuddur. Tələbələr istehsalat təcrübəsində olur, onların gələcəkdə işlə təmini ilə bağlı seçim müsahibə aparırlar.
Müqaviləyə əsasən Ekspertlər universitetin strateji idarəetməsi, tədris proqramları, elmi-tədqiqat fəaliyyəti, insan resursları, tələbələrlə iş, təlim resursları və tələbələrə dəstək istiqamətləri üzrə göstəriciləri yüksək qiymətləndirdilər, qeyd etdilər ki, proqram üzrə təqdim olunan hesabat təhlil xarakterlidir. Proqram üzrə təhsilin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün tövsiyələrini bildirdilər. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az