Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fizika və elektroenergetika fakültəsinin əməkdaşları Kazan Dövlət Energetika Universitetində oldular
Fizika və elektroenergetika fakültəsinin əməkdaşları Kazan Dövlət Energetika Universitetində oldular
Dekabrın 11-dən 14-dək Kazan Dövlət Energetika Universiteti və Sumqayıt Dövlət Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova, Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov və Elektrotexnika və energetika kafedrasının müdiri dosent Nadir Hacıbalayev və həmin kafedranın baş müəllimi Könül Hacıyeva Rusiya Federasiyasının Kazan şəhərində ezamiyyətdə oldular.
Dekabrın 12-də “Yanacaq-energetika kompleksində və yaşayış-kommunal təsərüffatında cihazqayırma və avtomatlaşdırılmış elektrik intiqalı” mövzusunda keşirilmiş V milli konfransın plenar iclasında dosent Tamella Əhmədova çıxış edərək, SDU-nun Beynəlxalq əməkdaşlıq sahəsində, o cümlədən Rusiya – Azərbaycan Universitetləri Assosiyasiyası çərçivəsində gerçəkləşən layihələr, Kazan Dövlət Energetika Universiteti və Sumqayıt Dövlət Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsinə uyğun görülmüş və görüləcək işlər haqqında, həmçinin 2020-ci il noyabr ayında KDEU ilə SDU-nun birgə keçirəcəkləri beynəlxalq konfrans barədə ətraflı məlumat verdi.
Dosentlər: Turqay Hüseynov və Tamella Əhmədova tərəfindən “Vibrasiya-tezlik sıxlıqölçən üçün kompensator” mövzusunda hazırlanmış məruzə ilə dosent Turqay Hüseynov, dosent Vaqif Səttarov və baş müəllim Könül Hacıyeva tərəfindən “İkiölçülü induktiv vericinin maqnit dövrələrinin qarşılıqlı təsirinin təyin edilməsi” mövzusunda hazırlanmış məruzə ilə Könül Hacıyeva, “Maqnitlənmə əyrisinin əsas tənliyi” mövzusunda hazırladığı məruzə ilə dosent Nadir Hacıbalayev çıxış etdilər. Məruzələrin müəlliflərinə sertifikatlar təqdim edildi.
Dekabrın 13-də dosentlər Turqay Hüseynov və Nadir Hacıbalayev “Cihazqayırma və mexatronika kafedrasının tələbələri və gənc alimləri üçün müvafiq “Vibrasiya maye sıxlıqölçənləri və maqnitlənmə əyrisinin aproksimasiyası” mövzusunda məruzə ilə çıxış etdilər. Əməkdaşlarımıza Cihazqayırma və mexatronika kafedrasının müdiri dos. O.V.Kozelkov və KDEU-nun birinci prorektoru A.V.Leontyev tərəfindən imzalanmış təsdiqləmə arayışı verildi.
Dosentlər: Tamella Əhmədova, Nadir Hacıbalayev və baş müəllim Könül Hacıyeva konfrans çərçivəsində “Yanacaq-energetik kompleksində və yaşayış-kommunal təsərüfatında enerjiyə qənaətin aktual məsələləri” mövzusunda təşkil edilmiş ixtisasartırma kurslarında iştirak etdilər və onlara vəsiqələr təqdim edildi.
SDU əməkdaşlarının konfransda aktiv iştirak etmələri ilə əlaqədar olaraq, KDEU-nun Elmi işlər üzrə prorektoru prof. İ.Q.Axmetova tərəfindən SDU-nun Elm və innovasiyalar üzrə prorektoru prof. R.S.Məmmədova ünvanlanmış minnətdarlıq məktubu SDU-nun nümayəndə heyətinə təqdim edildi.
Dosentlərimiz: Tamella Əhmədova və Turqay Hüseynov KDEU-nun birinci prorektoru A.V.Leontyev ilə işçi görüşdə iştirak etdilər. Görüş zamanı əməkdaşlıq müqavilələri çərçivəsində görülən və gələcəkdə görüləcək işlər haqda fikir mübadiləsi aparıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az