Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişaf perspektivləri” mövzusunda məharət dərsi keçirildi
“Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişaf perspektivləri” mövzusunda məharət dərsi keçirildi
Dekabrın 16-da Sumqayıt Dövlət Universitetində İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat ixtisası üzrə II kurs tələbələri üçün Sumqayıt şəhər Sahibkarlar İttifaqının fəxri sədri Hümbət Quliyev “Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişaf perspektivləri” mövzusunda məharət dərsi keçdi.
İqtisadiyyat kafedrasının baş müəllimi Məhəmməd Əhmədov qonağı salamladı, universitetimizdə görməkdən məmnunluğunu ifadə etdi və məharət dərslərinin ixtisas qruplarında keçirilməsinin əhəmiyyətindən bəhs etdi,belə görüşlərin keçirilməsinin tələbələrimizin elmi potensialının inkişaf etdirməsinə və ixtisaslı kadr kimi formalaşmasına öz töhfəsini verəcəyini bildirdi.
Hümbət Quliyev professor-müəllim və tələbə heyətini salamladı, dəvət üçün dərin təşəkkürünü bildirdi. Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişaf perspektivlərindən bəhs edərək qeyd etdi ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla, böyük inkişaf yolu keçmişdir. Ölkəmizdə innovativ iqtisadiyyatın formalaşdırılması və sahibkarlığın inkişafının, sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu siyasətinin başlıca istiqamətləri olduğunu diqqətə çatdırdı. Bildirdi ki, dövlət başçısının “Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq həyata keçirilən kompleks və ardıcıl tədbirlər, səmərəli dövlət dəstəyi sistemi, vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, layihələrin güzəştli şərtlərlə kreditləşdirilməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi, sənaye və texnologiyalar parklarının və zonalarının, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlərin, biznes forumların, sərgilərin təşkili və s. kimi tədbirlər nəticəsində sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrildi. Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında davamlı inkişaf təmin olundu, sahibkarlıq fəaliyyəti genişləndi.
Sonra qonaq tələbələri maraqlandıran sualları cavablandırdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az