Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimizin layihəsi “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının sertifikatına layiq görüldü
Tələbələrimizin layihəsi “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının sertifikatına layiq görüldü
Əqli Mülkiyyət Agentliyi və Təhsil Nazirliyinin təşəbbüsü ilə “Gələcəyə baxış” Avrasiya Patent Universiadası (bilik yarışması) keçirildi.
Avrasiya Patent Təşkilatı (APT) tərəfindən keçirilən yarışmada APT-nin üzv-dövlətlərinin iki yaş kateqoriyası üzrə orta ümumi, orta peşə, ali təhsil proqramlarını həyata keçirən təhsil müəssisələrinin tələbələri və 25 yaşadək digər maraqlanan şəxslər iştirak etdi.
Azərbaycanın ali və ümumitəhsil müəssisələrini təmsil edən 30-dan çox müəllifin layihələri universiadanın Təşkilat Komitəsinə təqdim edilmişdir. Universiadanın məqsədi istedadlı gənclərə dəstək olmaq və onların əqli mülkiyyət məsələlərinə marağını artırmaqdır.
Bilik yarışmasının nəticələrinə əsasən birinci yaş kateqoriyası (10 yaşdan – 17 yaş daxil olmaqla) üzrə Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri: Cəmilə Əlizadə və Ələsgər Tarverdiyev qalib elan edildi. Onların birgə hazırladıqları “Su anbarlarının suyunun təmizlənməsi üçün bioplatonun tətbiqi” layihəsi münsiflər heyəti tərəfindən ən yüksək yerə layiq görüldü. Bundan əlavə, birinci yaş kateqoriyası üzrə Bakı şəhəri 7 nömrəli tam orta məktəbin şagirdi Fidan Həsənzadənin “Dizel yanacağının qələvi təmizlənməsinin tullantılarından naften turşularını ayırmaq üçün üsul”, Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa liseyinin şagirdləri: Taleh Əliyev və Zərifə Əhmədzadənin “Neft hasilatının yeni əmsalının sintezi”, Ləman Əliyeva və Filipp Bakaldinin “Pilotsuz hava aparatları üçün paraşüt”, Həmid Səlimov, Aybəniz Əhmədova və Timur Kaləyevin “Piezoelektrik antibuzlanma sistemi” layihələri, eləcə də ikinci yaş kateqoriyası (18 yaşdan – 25 yaş daxilolmaqla) üzrə isə Sumqayıt Dövlət Universitetinin tələbələri: Seymur Talıbov və Tayfun Hacılının “CAD/CAM əsasında köhnə model avtomobillərinin yenidən qurulması üçün çevik istehsal modulu” layihəsi universiadanın mükafatına layiq görüldü.
Qeyd edək ki, APT 1994-cü ildə yaradılıb. Ölkəmiz 1994-cü il 9 sentyabr tarixində Avrasiya Patent Konvensiyasını imzalayıb, 1995-ci ildə isə konvensiyanın ratifikasiya edilməsi ilə təşkilatın tamhüquqlu üzvü olub.
 
Mətbuat xidmət

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az