Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın rəsmi hissəsində gündəlikdə olan məsələlər müzakirə olundu
Elmi Şuranın rəsmi hissəsində gündəlikdə olan məsələlər müzakirə olundu
Dekabrın 18-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclasının açılışından öncə rektor professor Elxan Hüseynov Hacəttəpə Universitetinin professoru Şükrü Haluk Akalına SDU-nun Fəxri doktoru diplomunu təqdim etdi.
Təntənəli mərasimdən sonra Elmi Şuranın rəsmi hissəsində gündəlikdə olan məsələlər müzakirə olundu.
2019 – 2020-ci tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti barədə bakalavriat səviyyəsi üzrə Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov, magistratura səviyyəsi üzrə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, 2019-cu ildə SDU-da yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatı haqqında Elmi hissənin müdiri dosent Samir Orucov, Sumqayıt Dövlət Universitetində tələbə-gənclərin idmana cəlb edilməsinin vəziyyəti barədə Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov, Elmi Şuranın qərarlarının yerinə yetirilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdilər.
SDU əməkdaşlarının Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçirilmiş “MDB ölkələrinin dil siyasəti” mövzusunda Beynəlxalq konqresdə iştirakı barədə Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova, Akademik mübadilə çərçivəsində KDEU-da keçirilmiş elmi-praktik konfransda iştirakı barədə Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova ətraflı məlumat verdilər.
Sonra İnklüziv təhsil fənninin bəzi müəllim ixtisaslarının tədris planlarına əlavə edilməsi haqqında Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova, İqtisadiyyat və idarəetmə fakültəsi üzrə bakalavr hazırlığı üçün Dövlət imtahan proqramının təsdiqi haqqında dosent Aynurə Yəhyayeva çıxış etdilər.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi ilə əlaqədar elmi katib professor Muxtar Səmədov məlumat verdi. Qeyd etdi ki, Elmi Şuraya 44 tədris vəsaiti, 3 dərs vəsaiti, 2 metodik vəsait və 39 fənn proqramı daxil olub. Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az