Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Mənfəətin formalaşmasının və istifadəsinin auditi” mövzusunda məharət dərsi keçildi
“Mənfəətin formalaşmasının və istifadəsinin auditi” mövzusunda məharət dərsi keçildi
Dekabrın 19-da Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan tələbələrinə Bakı Hesabat Mərkəzinin direktoru, audit üzrə mütəxəssis Mehdi Babayev tərəfindən III kurs tələbələrinə audit fənni üzrə “Mənfəətin formalaşmasının və istifadəsinin auditi” mövzusunda məharət dərsi keçildi.
Fakültə dekanı dosent Aynurə Yəhyayeva qonağı salamladı, universitetimizdə görməkdən məmnunluğunu ifadə etdi və məharət dərslərinin ixtisas qruplarında keçirilməsinin əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, son vaxtlar Milli mühasiblər formunun təşkilat komitəsi və Bakı Hesabat Mərkəzinin əməkdaşları ilə olan birgə əməkdaşlıq tələbələrdə mühasibat peşəsinə olan maraqları daha da artırmışdır.
Audit üzrə tanınmış mütəxəssis Mehdi Babayev professor, müəllim və tələbə heyətini salamladı, dəvət üçün dərin təşəkkürünü bildirdi və “Mənfəətin formalaşmasının və istifadəsinin auditi” mövzusunda məharət dərsi keçdi. Mövzu ilə bağlı şərhlərində Mehdi Babayev bildirdi ki, hər bir mühasib audit işinin dəqiq aparılmasına nail olmaq üçün mütləq olaraq bu sahədə olan hüquqi bazanın məlumatlarını bilməlidir.
Eyni zamanda mühasibat uçotunun aparılmasında sənədləşmə və uçotaalınma qaydalarına dəqiq riayət etməlidir. Təlimçi mənfəətin formalaşması və bölgüsünə əsaslanacaq nəzəri bilgilərini maraqlı faktlarla izah etdi.
Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev tələbələrin diqqətinə çatdırdı ki, audit üzrə mütəxəssis, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayevlə görüş elmi potensialın və təcrübənin əldə edilməsinə və ixtisaslı kadr kimi formalaşmaya öz töhfəsini verəcək. Dosent Loğman Abdullayev tələbələrə yaradılan fürsətlərdən yararlanmağı tövsiyə etdi.
Sonda təlimçi tələbələrin çoxsaylı suallarını cavablandırdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az