Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin Fəxri doktoru Şükrü Haluk Akalın “Türk lüğətçiliyi tarixindən səhifələr” mövzusunda ustad dərsi keçdi
Sumqayıt Dövlət Universitetinin Fəxri doktoru Şükrü Haluk Akalın “Türk lüğətçiliyi tarixindən səhifələr” mövzusunda ustad dərsi keçdi
Sumqayıt Dövlət Universitetində “Elmlərarası inteqrasiya: linqvodidaktik, linqvokulturoloji və psixolinqvistik aspektlər” mövzusunda keçirilən Beynəlxalq elmi konfransın davamı olaraq Rusiya, Türkiyə və digər ölkələrdən dəvət olunmuş alimlər Filologiya fakültəsində müxtəlif seminar, dəyirmi masa və ustad dərsləri keçdilər.
Dekabrın 20-də Hacəttəpə Universitetinin professoru Şükrü Haluk Akalın “Türk lüğətçiliyi tarixindən səhifələr” mövzusunda ustad dərsi keçdi. Fakültənin dekanı dosent Sevinc Həmzəyeva Azərbaycan-Türkiyə elmi və ədəbi əməkdaşlığından danışdı. Bildirdi ki, Azərbaycan-Türkiyə münasibətləri daim yüksələn xətt üzrə inkişaf edir. Dosent Sevinc Həmzəyeva professor Şükrü Haluk Akalının müasir türkologiyanın əsas simalarından biri olduğunu vurğuladı. Qeyd etdi ki, Şükrü Haluk Akalın Azərbaycan dilinə, dilçilik elminə sevgisi olan ziyalılardandır. Bu günlərdə universitetin Elmi Şurasının iclasında rektor professor Elxan Hüseynov Şükrü Haluk Akalına SDU-nun Fəxri doktoru diplomunu təqdim etdi. Şükrü bəyi bu münasibətlə bir daha kollektiv adından təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq. Dekan onu da qeyd etdi ki, professor təkcə Türkiyədə deyil, bütün türk dünyası və Avropa alimləri arasında böyük nüfuza malikdir. Elm aləmində xüsusi nüfuzu olan alim yazdığı elmi əsərləri, apardığı tədqiqatları ilə dünya elminə öz töhfəsini vermişdir.
Professor Şükrü Haluk Akalın SDU-nun Fəxri doktoru adına layiq görüldüyünə görə rektor professor Elxan Hüseynova dərin təşəkkürünü bildirdi. Professor göstərilən bu etimadı, ona verilən qiyməti təkcə şəxsinə deyil, həm də ölkənin elmi ictimaiyyətinə verilən bir dəyər kimi qəbul etdiyini vurğuladı. Bundan sonra da Türkiyə və Azərbaycan arasında elm və təhsil sahəsində əlaqələrin gücləndirilməsinə çalışacağını dedi.
Sonra professor Şükrü Haluk Akalın “Türk lüğətçiliyi tarixində səhifələr” mövzusunda məruzə ilə çıxış etdi. Həmçinin 12 cildlik “Türkiyə türkcəsinin dialektoloji lüğət”inin əhəmiyyətindən də bəhs etdi.
Şükrü Haluk Akalın tələbələri maraqlandıran sualları cavablandırdı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az