Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti Müəllimlərini təbrik etdi
Sumqayıt Dövlət Universiteti Müəllimlərini təbrik etdi

Oktyabr ayının 3-də universitetimizdə “Beynəlxalq Müəllimlər günü” münasibəti ilə bayram tədbiri keçirildi.
Tədbirdən öncə  universitetin rəhbərliyi Ulu öndərin  büstü önünə gül dəstələri qoyaraq ona olan sonsuz ehtiramlarını  bildirdilər.
Azərbaycan Dövlət Himninin canlı  səsləndirilməsindən sonra universitetin rektoru Elxan Hüseynov təbrik  nitqi söylədi. Daha sonra tədbir iştirakcılarını Dünya müsalmanlarının həmrəylik və birlik bayramı olan Qurban bayramı münasibəti ilə təbrik etdi.  Onu da qeyd etdi ki, bu günkü tədbirin əzəməti və böyüklüyü ondadır ki, ulu öndərimiz Heydər Əliyev bu sənətə həmişə hörmətlə  yanaşmış və mənim ücün müəllimdən şərəfli ad yoxdur, müdrik kəlamını söyləmişdir. Bu gün ulu öndərin uzaqgörən siyasi kursunun mübariz davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab edir. Cənab prezident İlham Əliyev demişdir: “Biz elə etməliyik ki, gələcəkdə ölkəmizin uğurlu və uzunmüddətli inkişafını elm, biliklər, texnologiyalar müəyyən etsin. Elmi-texniki tərəqqi hər bir ölkə üçün onun gələcəyini müəyyən edən amillərdir. Xüsusilə XXI əsrdə ölkələrin gələcəyi bilavasitə təhsilin, biliklərin səviyyəsindən asılı olacaqdır. Ona görə uşaqlarımız bilikli, savadlı olmalıdırlar, dünyada gedən yenilikləri bilməlidirlər. Əlbəttə ki, müəllim heyəti də təhsilin yüksək səviyyəsini təmin etməlidir.
Ümid edirəm ki, hazırda təhsil sahəsində aparılan islahatlar yaxın gələcəkdə müsbət nəticələrə gətirib çıxaracaqdır. Bu günə qədər müəyyən işlər görülübdür. Ancaq hesab edirəm bugünkü Azərbaycanın inkişaf dinamikası bizə diktə edir ki, təhsil sahəsində səviyyə ən yüksək zirvədə olmalıdır. Əminəm ki, biz buna nail olacağıq. Çünki Azərbaycan xalqının çox böyük potensialı vardır.”
Rektor   universitetimizin qonağı YAP Sumqayıt şəhər təşkilatının şöbə müdiri Vəzirxan Ənsərovu, professor- müəllim heyətini və bütövlükdə kollektivi ürəkdən təbrik edərək onlara işlərində uğurlar, yeni-yeni nailiyyətlər və ən vacibi olan can sağlığı arzuladı.
Bu gün biz müəllimlər öz peşə bayramımızı keçiririk. Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllimini yada salır. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən zəhmətkeş və ən ğözəl peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilən insanlar həmişə müəllimə hörmətlə yanaşmışlar.
Təbii ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Belə insanlar isə dövlətimizi inkişaf etmiş dövlətlər sırasında aldıqları yüksək biliyin nəticəsi olaraq layiqincə təmsil edirlər. Bu gün dünya dövlətləri birliyində istər iqtisadiyyatımız, istərsə də siyasətdə qazandığımız böyük uğurlar yüksək biliyin və bu biliyi öyrədən müəllimlərin zəhmətidir.
Universitetin bir qrup müəllimləri Təhsil naziri  Mikayıl Cabbarovun əmri ilə qabaqcıl təhsil işcisi döş nişanı, Respublika Həmkarlar İttifaqının və universitet rəhbərliyinin fəxri fərman və hədiyyələri ilə təltif olundular.
Ulu öndərin müəllim sənətinə verdiyi qiymətli kəlamlardan ibarət slayd nümayiş olundu.
Tədbir SDU-nun “Səma” rəqs  ansamblı və respublikanın digər tanınmış müğənnilərinin ifasında bayram konserti ilə davam etdirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az