Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU əməkdaşları Təhsil Nazirliyinin seminarında
SDU əməkdaşları Təhsil Nazirliyinin seminarında
Dekabrın 19-da Təhsil Nazirliyi tərəfindən “Midtown Hotel Baku” otelinin kiçik konfrans zalında “Avropa Ali Təhsil Məkanında daxili və xarici keyfiyyət təminatı proseslərinin uzlaşması”na dair 1-günlük seminar keçirildi. Tədbirin işçi dili ingilis dili olmaqla, sessiya formatında, iki hissədən ibarət, Avropa İttifaqı ekspertlərinin iştirakı ilə aparıldı.
Seminarda AR Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin müdir əvəzi Lalə Abbasova, həmin şöbənin əməkdaşları: Tofiq Mustafayev və Elmira Manafova və Azərbaycan Ali Təhsil müəssisələrinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Lalə Abbasova açıq elan etdi və sözü Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji inkişaf üzrə prorektoru Ülkər Səttarovaya verdi.
Ülkər xanım çıxış edərək, öz təcrübələrini bölüşdü, İngiltərənin Lester Universiteti ilə bakalavr pilləsi üzrə proqramları işləyib, uyğunlaşdırma prosesi haqqında danışıqlar mərhələsindən icra mərhələsinə qədər məlumat verdi.
Sonra Litva Menecment və İqtisadiyyat Universitetinin Keyfiyyət üzrə direktoru Jolita Butkene və Vilnyus Texniki Universitetinin Akademik şöbənin direktoru Nora Skaburskene təqdimatlarla çıxış etdilər.
Təqdimat 4 hissəyə bölünmüşdür: Cari vəziyyət, Planlar, İmkanlar, Maneələr. Təqdimatlarda universitetlərdə tədris proqramlarında aparılan yeniliklər, tədris proqramlarının Avropa standartlarına uyğunlaşdırılması, kefiyyətli təlim-tədris prosesinin təşkil edilməsi və bu işdə Karyera Mərkəzinin və Keyfiyyət Təminatı şöbələrinin fəaliyyəti, tələbə-müəllim heyətinə dəsdək, motivasiya tədbirlərini əks etdirirməkdən ibarət idi.
Tədbirin ikinci hissəsi iştirakçıların iki qrupa bölünərək verilmiş tapşırıqların yerinə yetirməklə davam etdirildi. Hər iki komanda öz fikirlərini müzakirə etdi, vatman kağızı üzərində yazaraq lövhədə təqdimat etdilər.
SDU-dan tədbirdə Elmi hissənin müdiri dosent Samir Orucov, Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, Xarici dillər kafedrasının müəllimi Aynurə Xanlarova, Riyaziyyat fakültəsinin müəllimi Günay İsmayılova iştirak etmişdilər.
Tədbir çox maraqlı və faydalı oldu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az