Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Müəllimlər arasında ixtisas olimpiadası”nın Sumqayıt mərhələsi başa çatdı
SDU-da “Müəllimlər arasında ixtisas olimpiadası”nın Sumqayıt mərhələsi başa çatdı
Dekabrın 24-də Sumqayıt Dövlət Universitetində “Müəllimlər arasında ixtisas olimpiadası”nın Sumqayıt mərhələsi keçirildi. Tədbir Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, YAP Gənclər Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və “LİBRA” kitab nəşriyyatının baş sponsorluğu ilə respublikada ilk dəfə keçirilir.
III və IV kursda pedaqoji ixtisas üzrə təhsil alan tələbələr də olimpiadada biliklərini yoxladılar. İxtisaslarına dərindən yiyələnən gələcəyin müəllimləri fəallıqları ilə yadda qaldılar.
Qeyd edək ki, 9 ixtisas üzrə keçiriləcək olimpiadada 500-dək şəxs final mərhələsinə vəsiqə qazanacaq. Sonuncu turdan sonra qaliblərə hədiyyələr təqdim olunacaq. Layihədə iştirak etmək istəyənlər https://taim.az/olimpiada bölməsində qeydiyyat formasını dolduraraq qeydiyyatdan keçə bilərlər.
Mətbuat xidmət

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az