Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Zərərli vərdişlərə qarşı” maarifləndirici tədbir keçirildi
“Zərərli vərdişlərə qarşı” maarifləndirici tədbir keçirildi
Dekabrın 20-də Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Mühəndislik fakültəsində tələbələr üçün “Zərərli vərdişlərə qarşı” adlı maarifləndirici tədbir keçirildi.
Tədbiri fakültə dekanı dosent Ulduz Ağayev açaraq gənclərə siqaret, alkoqol, narkomaniya kimi ziyanlı vərdişlər haqqında geniş məlumat verdi. Bildirdi ki, universitetimizdə bu istiqamətdə maarifləndirmə işi təşkil edilir, görüşlər keçirilir, tələbələrə sağlam həyat tərzi aşılanır. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar. Sağlam olmayan orqanizmin sağlam nəsil artımı ola bilməz. Ümumiyyətlə, əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, siqaret, alkoqol, narkomaniya kimi pis vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə zərərli təsirlərinin azaldılması dövlətin əsas prioritetlərindəndir. Dekan onu da qeyd etdi ki, sağlam, savadlı və zərərli vərdişlərdən uzaq gənclər yetişdirmək dövlət siyasətinin əsasını təşkil edir. Bu gün ölkə başcısı cənab İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq- mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa, yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub.
Daha sonra fakültənin TGT sədri Şəfiqə Kazımova və I kursun fəal tələbələri: Leyla Quliyeva və Qüdrət Ağazadə mözvu ətrafında çıxış etdilər.
Tədbirin sonunda “Könüllülər Yurdu-Azərbaycan 2019” lahiyəsində fəal iştirak edən tələbələrin sertifikatları təqdim olundu.
Mətbuat xidmət
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az