Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da TEC-in hesabat-seçki konfransı keçirildi
SDU-da TEC-in hesabat-seçki konfransı keçirildi
Dekabrın 25-də Sumqayıt Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin (TEC) hesabat-seçki konfransı keçirildi. Konfransda universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov çıxış edərək, iştirakçılara universitet rəhbərliyinin salamlarını bildirdi və tələbələrə konfransın işində uğurlar arzu etdi.
Elmi cəmiyyətlərin tələbələri eyni maraq ətrafında birləşdirdiyini söyləyən professor Ramazan Məmmədov ölkədə aparılan təhsil islahatlarından, universitetdə təhsilin səviyyəsinin yüksəlməsi istiqamətində gedən çoxşaxəli fəaliyyətdən bəhs etdi. Qeyd etdi ki, Sumqayıt Dövlət Universitetində tələbələrin elmə olan marağının artırılması, elm sahəsində uğurlar əldə etməsi, onların elmi fəaliyyətlə məşğul olması üçün geniş imkanlar yaradılıb. Prorektor bütün tələbələri bu istiqamətdə fəal olmağa çağırdı.
TEC-in elmi rəhbəri Lalə Bunyatova konfransın gedişatı və strukturu haqqında məlumat verərək universitetdə gənclərə olan qayğıdan, tələbələrin uğurlarından və Tələbə Elmi Cəmiyyətinin əhəmiyyətindən bəhs etdi. Universitet üzrə TEC-in şura sədri Sevda Əliyeva TEC-in 2018-2019-cu tədris ilindəki fəaliyyəti və fakültələrdə bu istiqamətdə aparılan işlər barədə hesabat verdi.
Fakültələr üzrə TEC-in şura sədrləri çıxış edərək Tələbə Elmi Cəmiyyətinin fakültələrdə gördüyü işlərdən və əldə olunan nailiyyətlərdən söz açdılar. TEC-in fəaliyyətini daha da artırmaq məqsədi ilə təkliflərini bildirdilər və Tələbə Elmi Cəmiyyətinin tələbələrin elmi biliklərinin artmasına, intellektual səviyyələrinin yüksəlməsinə səmərəli təsir etdiyini vurğuladılar.
Hesabatdan sonra konfrans işini TEC-in şura üzvlərinin seçkisi ilə yekunlaşdırdı. Səsvermə yolu ilə Sevda Əliyeva yenidən TEC-in şura sədri seçildi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az