Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Şəxsiyyətin deviant davranışlarının xüsusiyyətləri adlı təlim keçirildi
Şəxsiyyətin deviant davranışlarının xüsusiyyətləri adlı təlim keçirildi
Təhsil Nazirliyinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq təhsil müəssələrində gənclər arasında antisosial davranışın qarşısının alınması üzrə profilaktik və maarifləndirmə tədbirlərin görülməsi məqsədilə dekabrın 25-də Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində “Şəxsiyyətin deviant davranışlarının xüsusiyyətləri” adlı təlim keçirildi.
Pedaqogika və psixologiya kafedrası tərəfindən təşkil olunan təlimdə Filologiya fakültəsinin tələbə təşkilatları, Psixologiya və Təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə təhsil alan tələbələr fəal iştirak etdilər.
Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova, kafedranın dosenti Ayna Hacıyeva şəxsiyyətin sosial və asosial davranışlarının xüsusiyyətləri ilə bağlı fikirlərini söylədilər. Qeyd etdilər ki, təlimin məqsədi tələbələrin gələcəkdə asosial davranışlı insanlar ilə işləmək üçün strategiya və taktikanı bilməsi, Psixoloji və pedaqoji təsirin əlçatan və effektiv forma və metodlarının sistemləşdirilməsidir.
Təlimdə tələbələrin iştirakı ilə çəkilmiş sosial xarakterli videolar nümayiş etdirildi və müzakirələr aparıldı. Təlimin mövzusu tələbələr tərəfindən maraqla qarşılandı və onlar sosial və asosial davranışlara aid nəzəri və praktik olaraq məlumatlar aldılar.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az